Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda…

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb.

Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"dogruxeber.tv" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov unikal.az-a açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi.

O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə Sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt vermişdi:

“Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələnin üzərində çox ciddi işləyir. Müvafiq artımların edilməsi üçün maliyyə və hüquqi bazanın hazırlanması istiqamətində proqram hazırlayır. Bu baxımdan artımlarla bağlı icraatın yaxın zamanlarda başlayacağını düşünürəm. Dövlətimiz sosial siyasəti günü-gündən dərinləşdirir. İcra olunmuş 5 sosial paket 7,6 milyard manat maliyyə tutumu ilə 4 milyon nəfərin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib.

Belə ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi 3 milyon nəfəri əhatə edəcək və dövlət büdcəsi üçün illik 1,4 milyard manat əlavə maliyyə yükü yaradacaq. Təbii ki, növbəti artımların həyata keçirilməsi əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq”.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər