gundem / iqtisadiyyat / Səhiyyə / Cəmiyyət
4.06.2025, 10:30
Səhiyyə Nazirliyinin 18.5 milyonluq tenderi ləğv edildi
dogruxeber.tv: - Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Tribunainfo.az-ın xəbərinə görə, Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin dəyəri 18 522 080 AZN olub.//Pravda.az



