gundem / Cəmiyyət
5.06.2025, 18:00
Keçmiş deputatın oğluna YENİ VƏZİFƏ VERİLDİ
Azərbaycan Respublikasının Auditorlar Palatasında yeni təyinat olub.
"dogruxeber.tv"ın Mediatv.az-dən əldə etdiyi məlumata görə, Auditorlar Palatasının beynəlxalq əlaqələr şöbəsinə müdir təyin edilib. Belə ki, Vüqar Sərdarov adıçəkilən şöbəyə müdir təyin olunub.
Qeyd edək ki, V.Sərdarov mərhum millət vəkili, məşhur "91-lər"dən olan ictimai-siyasi xadim Zakir Sərdarovun oğludur.
Onu da bildirək ki, Vüqar Sərdarov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktor müavini olub.



