Əhalinin DİQQƏTİNƏ: 960 MANAT VERİLƏCƏK

dogruxeber.tv: - Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir. Bəzi təqaüd və müavinətlər birbaşa minimum əməkhaqqı və minimum pensiya məbləğindən asılı olaraq dəyişir. Buna vəfat edən şəxsin yaxınlarına verilən dəfn pulu da aiddir. Yəni vəfat edən təqaüdçünün yaxınlarına əmək pensiyanın minimum məbləğinin üç misli qədər müavinət verilir. Yanvarda minimum əmək pensiyası 280 manatdan 320 manata qədər artırıldığı üçün, vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ də 840 manatdan 960 manatadək artıb.

Cəmiyyətdə isə vəfat edən şəxsə görə verilən müavinət artdığı halda, yeni doğulanlara görə verilən birdəfəlik müavinətin niyə artılmadığı müzakirə olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır.

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiyadan asılı olmayan müavinətlərin də artırılacağı gözləniləndir:

“Vəfat edən təqaüdçülərə görə dəfn pulunun artırılması birbaşa minimum pensiyanın artırılması ilə bağlı oldu. Çünki həmin məbləğ minimum pensiyanın üç misli həcmindədir. Yəni minimum pensiya artan zaman avtomatik olaraq həmin məbləğ də artır. Amma digər müavinətlər minimum əməkhaqqı, o cümlədən, minimum pensiyaya bağlı deyillər. Bir sıra müavinətlər minimum əməkhaqqına bağlıdır, bəziləri isə birdəfəlik müəyyənləşib.

Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda sosial müavinətlər və təqaüdlərin artırılması nəzərdə tutulub. Bununla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verildi.Artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunub”.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda sosial müavinətlər və təqaüdlərin artırılması baş verəcək:

“Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra hansı müavinətlərin, uşağın doğulmasına görə verilən müavinətin də artıb artmamasını müəyyənləşdirmək mümkün olacaq. Hələlik sərəncama uyğun olaraq sosial müavinətlər və təqaüdlərin artırılcağı gözlənilir. Hansı müavinətlərdə artımların olması isə sənəd imzalandıqdan sonra bəlli olacaq”.//tribunainfo.az

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər