Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

Biz bir ölkədə yaşayırıq ki, orada diplom almaq iş tapmaq demək deyil, bacarıqlı olmaq isə sistemin gözündə dəyər sayılmır. İşsizlik bu gün sadəcə statistik rəqəm deyil – bu, insanların həyatını, psixologiyasını, ailəsini və gələcəyini udan səssiz bir fəlakətdir.

Bugünkü gənclik universiteti bitirəndə düşünür ki, qarşısında qapılar açılacaq. Amma reallıqda ona bir “təcrübən yoxdur” divarı, bir də “tanışın yoxdur?” pəncərəsi göstərilir. Ən acı olan isə budur: bu cəmiyyət bacarıqlıya yox, bağlantıya qiymət verir. Bu da işsizlik problemini sosial ədalətsizliklə birləşdirir.

Bir tərəfdə aylarla, illərlə iş tapa bilməyən insanlar... digər tərəfdə isə bir telefon zəngi ilə kresloya əyləşənlər. Əmək bazarında ədalət yoxdursa, cəmiyyətin inkişafından danışmaq çətindir. Çünki işsizlik təkcə gəlir problemi deyil – o, insanın içindəki potensialı boğur, ruhunu öldürür, ümidini sındırır.

Bəs bu qədər ali təhsilli, savadlı insan niyə küçədədir? Niyə gənclər iş yox deyə ölkədən getmək istəyir? Sual çoxdur, cavab isə ya sükutdur, ya da vədlərlə örtülən susqunluq.

Amma bir həqiqət dəyişmir:
İnsan işsiz olanda sadəcə boş vaxtı olmur – o, tədricən bu cəmiyyətin gözündə görünməz olur.

Və bu görünməz ordunun səsi bir gün çox ucadan çıxacaq. Gərək o zaman gec olmasın…

Hazırladı: Jalə Asiman

Son xəbərlər

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Bütün xəbərlər