gundem / yazarlar / Mədəniyyət
17.06.2025, 20:12
Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Onuncu hissə

Nizami TƏHMƏZOV
XALİDƏ HİCRAN
(Roman)
Onuncu hissə
Hissə - 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9
İKİNCİ FƏSİL
İnsan arzularla yaşayır. Bəzən bu arzuların yolu çox uzun olur. İllərlə bu yolu gedir, gedirsın.Bəzən yenişli- yoxuşlu, bəzən isə daşlı-kəsəkli olur arzuların yolu. Bu yolu getmək insanlardan böyük istək, möhkəm iradə, dözümlülük, əzmkarlıq tələb edir. Ən əsası isə sevgi...İnsan istəyinə yalnız sevgi ilə çata bilər. Elə bir sevgi ki, içində günəş kimi şölə saçsın. Elə bir sevgi ki, həmişə, hər an sənə qol-qanad verib arzuların uğrunda mübarizəyə səsləsin. Elə bir sevgi ki...
Xalidə belə bir dərin, ilahi sevgi ilə Bakıya, öz arzularının ardınca gedirdi. Ulu Tanrı ona çox dərin və tükənməz bir sevgi vermişdi. Və Ulu Yaradan sevdiyi bu insandan heç nəyi əsirgəməmişdir. Ona elə bir sevgi, elə bir dəyər vermişdir ki, bu sevgi və dəyər insanlığa şərəf gətirəcək, ona dərin mənalar və xoş duyğular bəxş edəcək qədər zəngin və tükənməz idi. Xalidə Allahın verdiyi elə bir insan idi ki, onunla təmasda olan adamlar şərəf və ləyaqət duyar, heyrətlənər, Ulu Yaradanın böyüklüyünə şükür edərdilər. İnsanlığa, insan adına şərəf gətirəcək bütün keyfiyyətlər və dəyərlər onda var idi..Gözəllik, ləyaqət, ismət, sədaqət, etibar...Onun elə gözəl və zəngin daxili aləmi və mənəvi dünyası var idi ki, bu əsrarəngiz dünyanı seyr etmək və duymaq gücündə və bacarığında olan insanlar Ulu Yaradanın yaratdığına verdiyi dəyərlər qarşısında heyrətlənər və aciz qalardılar.
Bax, beləcə təmiz, pak, ülvi və müqəddəs arzularla Xalidə Bakıya gedirdi. O, əvvəl bir dəfə də Bakida olmuşdu. Böyük bacısı Həmidə Universitetin filologiya fakültəsinin qiyabi şöbəsində oxuyurdu. O. yay imtahanlarını vermək üçün Bakıya gələndə Xalidəni də özü ilə gətirmişdir. Onda 1969-cu il idi və onda Xalidə 9-cu sinifdə oxuyurdu ,Bakı onun üçün sirli bir dünya idi və bu sirli dünaynın mərkəzində Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi yerləşirdi. Onun Bakı ilə ilk tanışlığı bu Məktəbdən başladı. Bura onun üçün çox əziz və müqəddəs bir ocaq idi. Bura oun üçün elə uca və müqəddəs bir zirvə idi ki, Xalidənin fikrincə, o zirvəyə ucalmaq hər bir iddialı insandan böyük bilik və bacarıq, yüksək istedad, fədakarlıq və əzmkarlıq tələb edirdi. Bir də... Xalidə bu “bir də”ni düşünəndə ürəyi sıxılırdı.
Onun Bakıda heç kəsi yox idi. Onun sözünü deyən, haqqını müdafiə edən, dəstək verəcək kimsə yox idi...Heç kəs...Yalnız göydə Böyük Yaradan vardı...
Budur, o indi illərdən bəri düşündüyü, hər gün düşünüb şirin xəyallara daldığı arzusunun ardınca öz ünvanına gəlmişdi. Sanki burda Xalidənin sevimli, əziz, bir az gövrək, bir az şirin bir dünyası vardı. Və bu şirin, əziz, gövrək dünya onun həyatında unudulmaz bir xatirəyə çevriləcəkdi. Dünyada elə şeylər olur ki, həzin bir xatirəyə çevriləndə daha əziz olur. Daha sevimli, daha şirin olur. Daha sevimli, daha şirin bu xatirələr ömrü boyu insanın yaddaşına həkk olunur.Ömrü boyu onun yadından çıxmır, əbədiləşir. Həmin xatirədən insan qəlbində əbədi bir heykəl yaranır. Bu xatirə heykəl onun mənəvi dünyasının ən uca zirvəsində dayanır. Xalidənin ən böyük xüsusiyyətlərindən biri onun ali bir məqsəd uğrunda, yüksək arzu və amallar uğrunda mübarizə apararkən digər istəklərini, hiss və duyğularını arxa planda saxlamaq , bax, beləcə xatirə heykəllərinə çevirmək bacarığında idi. İndi Xalidənin ən böyük və yeganə arzusu Rəssamlıq Məktəbinə daxil olmaq idi...
O, yavaş-yavaş pillələri qalxıb dayandı. Dərndən nəfəs aldı, ətrafa göz gəzdirdi və yalnız bundan sonra qapını astaca döyüb içəri girdi:
-Salam.
-Salam, - deyə katibə qız dilləndi. – Sizə kim lazımdır, nə istəyirsiniz?
-Sənədlərin qəbulu üçün ərizə gətirmişəm, - deyə Xalidə yavaşca dilləndi. Sonra nədənsə ehtiyat edirmiş kimi qızın üzünə baxdı.İlk baxışdan xoş təsir bağışlayan katibə ərizəni alıb baxdı. Mənalı şəkildə gülümsünüb ayağa durdu, nəsə demək istədi, amma demədi. Sadəcə yer göstərdi:
-Əyləşin, hardan gəlmisiniz?
-Naxçıvandan , - deyə Xalidə təzəcə oturduğu yerdən ayağa durdu.
-Əyləşin, əyləşin.
Katibənin mənalı təbəssümü Xalidənin diqqətindən yayınmadı. Elə bil ürəyinə nəsə damdı. Narahat halda dedi:
-Çatışmayan nəsə var?
Katibə qız bir də ərizəyə baxdı:
-Mən belə bir söz deyə bilmərəm. İndi direktor baxar.
O, bu sözləri deyib direktorun otağına keçdi. Xalidə çox hissiyatlı idi. Ən xırda bir şey diqqətindən yayınmazdı.Nə baş verəcəyini sanki əvvəlcədən hiss edir və duyurdu.İndi isə...
Katibə qızın gəlişi onu düşüncələrindən ayırdı.
-Burda bir məsələ var.
-Nə məsələ? – deyə Xalidə narahat halda tələsik soruşdu.
-Siz ərizədə rəngkarlıq yox, bədii tərtibat şöbəsi yazmalısınız.
-Niyə? – Xalidə təəccüb və heyrətlə soruşdu. – Rəngkarlıq yeganə arzumdur.
Katibə qəz gülümsündü:
-Sizi başa düşürəm, - dedi. – Ancaq bu direktorun tapşırığıdır. Başqa heç cür mümkün deyil. – Sonra katibə qız ona bir ağ vərəq verib əlavə etdi. – Elə burda yazın. Xatırladıram ki, başqa cür yazsanız ərizəniz qəbul olunmaycaq.
-Bəli, başa düşdüm, - deyə Xalidə könülsüz halda kağızı alıb yazmağa başladı.Amma yenə də əvvəlki kimi bədii tərtibat şöbəsini qeyd elədi. İmzalayıb qıza verdi :
-Buyurun.
Katibə ərizəni alıb oxumadan onun üzünə baxdı, yenə də gülümsəyib direktorun otağına getdi. Amma bu dəfə o gec qayıtdı. Ötən hər dəqiqələr Xalidə üçün bir ilə bənzəyirdi. Və o, açıq şəkildə hiss edirdi ki, burda nəsə var, amma nə olduğunu bilmirdi. Ona elə gəlirdi ki, Rəssamlıq Məktəbində onun kimi sadə kənd qızları oxuya bilməz. Burda yalnız tanınmış insanların, adlı-sanlı şəxslərin, vəzifəli adamların uşaqları təhsil ala bilərdi. Birdən – birə elə pis oldu ki... Elə bil içində nəsə qırıldı. Elə bil içində nəsə qırılıb cilik-cilik oldu. Bir anlıq gözlərinə qaranlıq çökdü, dizləri titrədi. İki əlli dizlərini tutdu.Gözlərini açıb- yumdu. Ciyər dolusu nəfəs alıb direktorun qapısına baxdı. Elə bu vaxt katibə qız əlində erizə geri qayıtdı. Xalidə ayağa durdu.O. ərizəni Xalidəyə verib dedi:
-Sizə dedim axı, ərizəni Bədii tərtibat şöbəsinə yazın. Yenə öz bildiyinizi yazmısınız.
-Mən öz bildiyim və istədiyim yerə qəbul olmaq istəyirəm, - deyə Xalidə qəti şəkildə öz fikrini bildirdi. – Naxçıvandn bura ona görə gəlmişəm. Mən rəssam olmaq istəyirəm.
Katibə qızın dodaqları qaçdı və əli ilə qapını göstərdi:
-Keçin, keçin içəri, - dedi. – Direktor Sizi gözləyir.
O, duruxdu.Nə edəcəyini bilmədi. Çevrilib bir də qıza baxdı.
-Keçin, keçin, - deyə katibə qız durub qapını açdı. – Əyyub müəllim Sizi gözləyir, - Sonra astadan dedi : - Narahat olmayən, Əyyub müəllim çox yaxşı adamdır.
O. içəri daxil olub salam verdi. Sonra qapının yanında dayandı. Kabinetdə başqa adamlar da vardı. Onlar diqqətlə Xalidəyə baxdılar. Xalidə utandiğındanmı, ya nədənsə başını sinəsinə əyib dayanmışdı. Qəlbi şiddətlə döyünür, alnında soyuq tər gilələnmişdi. Sanki bütün vücudu titrəyirdi. Amma içində güclü bir inam,güclü bir mübarizə əzmi var idi. Elə bu vaxt direktorun mehriban səsi onu xəyaldan ayırdı:
-Yaxın gəlin, qızım. Gəlin əyləşin.
Xalidə utana-utana keçib əyləşdi.
Direktor dedi:
-Mən iki dəfədir tapşırıram bədii dekorasiyə şöbəsinə ərizə yazın, Siz isə öz bildiyinizi yazırsınız. Bunu necə başa düşək? Əl işlərinə şəxsən özüm baxmışam, düzünü deyim ki, çox xoşuma gəlib. Amma belə hərəkət edirsiniz...
O, başını dik qaldırdı:
-Bağışlayın,Əyyub müəllim, - dedi, - Mən arzuladığım şöbəyə daxil olmaq istəyirəm. Rəssam olmaq istəyirəm.
Əyyub müəllim də, içəridəki qonaqlar da güldülər. Əyyub müəllim gülə-gülə dedi:
-Hələ bir əvvəlcə de görüm Siz bu Məktəbə qəbul olmq istəyirsiniz, ya yox?
-Əlbəttə istəyirəm, Əyyub müəllim, - deyə Xalidə işıq ucu görürmüş kimi ürəklə dilləndi. – Ona görə Naxçıvandan bura öz arzumun ardınca gəlmişəm.
-Onda nə deyirəm, onu yazın,- Sonra Əyyub müəllim əlavə etdi.- Elə bilirsiniz Sizdən başqa daha orda oxumaq istəyən yoxdur?
O. tutuldu, Çöhrəsnə xəfif qızartı çökdü. Bu, onun gözəlliyini daha da artırdı.
-Mən heç kimin haqqına girmək istəmirəm, Əyyub müəllim. – dedi, - Amma mənim də burda oxumaq haqqım var.
-Hə, əlbəttə, var, qızım. Sizin haqqınız daha çoxdur. Amma 5-6 il Yuri Qaqarin adına Respublika Pionerlər Sarayınin rəsm dərnəyində oxuyub- öyrənən uşaqlar var ki, peşəkar rəssamlar kimi rəsm çəkirlər. Yaqin ki, onların da burda oxumaq haqları var. Əgər sənədlərinizi rəngkarlığa versəniz , onlarla mübarizə apara bilməyəcəksiniz.
O. dayandı. Diqqətlə Xalidəyə baxdı. Onun təmiz, gözəl və pak bir çöhrəsi vardı ki, sübh tezdən dənizdən boylnan Günəş kimi sanki ətrafa nur çiləyirdi. Gövrək buludlartək dolmuş gözləri dəryalar qədər dərin, təbiət qədər eczkar və mənalı idi. O qədər məsum, saf və təmiz idi ki, insan baxdıqca baxır və yalnız xoş hisslər keçirirdi...
Xalidə Əyyuib müəllim haqqında çox eşitmişdi. Bilirdi ki, Böyük Vətən Müharibəsinin iştirakçlsl olub, Qızğın döyüşlərin birində sol gözünü itirib. Olduqca xeyirxah və mehriban bir insandır.Amma birinci dəfədir ki, görürdü. Katibə qızın sözləri qulağında səsləndi: “ Narahat olmayın, Əyyub müəllim çox yaxşı adamdır”
-Qızım, nə fikirləşirsiniz? – Əyyub müəllimin mehriban səsi onu xəyaldan ayırdı, - Mən Sizə kömək etmək istəyirəm. Amma başqa yolunu görmürəm. Əgər şöbəni dəyişməsəniz çox çətin olcaq. Siz o uşaqlarla rəqabət apara blməyəcəksiniz.
Xalidə doluxsundu. Çöhrəsini sanki qara buludlar bürüdü. Ağlamaqdan özünü güclə saxlayıb dedi:
-Əyyub müəllim, mən rəssam olmaq istəyirəm...
Əyyub Hüseynov yalnız indi başa düşdü ki, Xalidə işin mahiyyətini bilmir. Ona elə gəlir ki, əgər rəngkarlıqdan başqa digər şöbəyə daxil olsa rəssam olmayacaq. Odur ki, ciddi şəkildə dedi:
-Siz andngəlmə rəssamsınız. Gedin dediyim kimi ərizəni yazın. Heç nədən narhat olmayın.
Xalidə başını qaldırıb düz onun gözlərinə baxdı. Ordaki səmimiyyəti görüb rahatlandı. Bayaqdan bəri onlara fikir verən Sabir Şıxlı nəhyət dilləndi:
-Qızım, bəxtiniz gətirib ki, Əyyub müəllim kimi direktora rast gəlmisiniz..O, Sizn qəbul olmağınızı istəyir. Yəni bunu başa düşmürsünüz? Gedin ərizəni dəyişin.
Sabir müəllim Rəssamlıq Məktəbinin adlı-sanlı müəllimlərindən və respublikamızın tanınmış rəssamlarından biri idi. Xalidənin əl işlərindən onun da çox xoşu gəlmişdi. Və hiss edirdi ki. bu qızın işıqlı gələcəyi var. Özü də o qədər təbii, məsum və dağ çiçəyi qədər zərif və incə bir qız idi ki, insanlarda yalnız xoş əhval-ruhiyyə yaradırdı.
Xalidə Sabir müəllimin sözlərindəki mənanı başa düşdü. İçində bir rahatlıq duydu. Bu daxili rahatlıq çöhrəsində xöş bir təbəssümə çevrildi. Dönüb Sabir müəllimə baxdı:
-Bağışlayın, - dedi, – üzür istəyirəm, Mən elə bilirəm ki, rəssam olmaq üçün ancaq rəngkarliq şöbəsini bitirmək lazımdır.
Hamı güldü. Qeyri-ixtiyarı Xalidə də onlara qoşuldu. Və həmin ili o qəbul imtahanlarını uğurla verib Rəssamlıq Məktəbinin birinci kursuna qəbul olundu. Bu,onun yeganə arzusu idi. Xalidə düşünürdü ki, əgər kəsilsə və on il də keçsə yenə sənədlərini Rəssamlıq Məktəbinə verəcəkdi. O. heç vaxt qarşıya qoyduğu məqsədə çatmamış geri çəkilən deyildi.Bu onun xasiyyəti idi. O, yaxşı bilirdi ki, Ulu Tanrının iradəsindən kənarda heç nə yoxdur. Həyatda, dünyada nə baş verirsə, yalnız onun gücü, istəyi sayəsində baş verir. Xalidə özünü Allahın şanslı, sevimli bəndəsi hesab edirdi. Və düşünürdü ki, həyatda Allaha yaxın olmaq, Allahı dərk etmək üçün ilk növbədə halallığı, haqqı, ədaləti, düzgünlüyü sevməlisən, ona əməl etməlisən. Həyat haqqında, cəmiyyət haqqında Xalidənin öz baxışları və öz düşüncələri vardı. Onun fikrincə vicdan insanın ən ali dəyəri və daxili hakimidir. O. insanların hərəkətlərini tənzimləyir, nəzarət edir. İnsan Ulu Tanrının verdiyi bu ali dəyəri itirəndə bioloji varlığa çevrilir, bütün insani dəyərlərini itirmiş olur. O, bir hadisəni heç vaxt unutmur.Bir dəfə dərsdən sonra evə gələndə gördü ki, otaq yoldaşları hazırlaşıb onu gözləyirlər. Ruxsarə dedi :
-Xalidə, hazırlaş, dənizkənarı parka gəzməyə gedirik. Bu gün sözü bir yerə qoymuşuq ki, ancaq istirahət edək.
-Mənim işim çoxdur, - deyə Xalidə etiraz etdi, - Çatdıra bilmərəm, sabah müəllmə cavab verməliyəm, Siz gedin.
Ruxsarə hündürdən güldü:
-Yox, biz müəllimin gül camalına tamaşa edəcəyik? – dedi, - Dur, dur. O dərsdən biz də oxuyuruq. Gələndən sonra hazırlaşarıq.
Xalidə ürəyində narazı olsa da rəfiqələrinin qəlbinə dəymədi. Həmin dünü xeyli gəzdilər. Gəmi ilə Xəzərin seyrinə çıxdılar. Yaxşı istirahət etdilər Xalidə Bakıya gəldiyi gündən birinci dəfə idi ki, belə gəzintiyə çıxmışdı. Hər şey ona maraqlı görünürdü. Gəmi səyahəti isə onun daha çox xoşuna gəldi. Sanki başqa , möcüzəli bir aləmə düşmüşdü. Göz işlədikcə hər tərəf su idi. Və sanki uzaqlarda, lap uzaqlarda Göy ilə dəniz birləşmişdi. Burda dünya yalnız sudan ibarət idi. Və bu günə qədər ona elə gəlirdi ki, dünya onun gördüklərindən, oxuduqlarından və təsəvvüründə yaratdıqlarından ibarətdir. Və birdən-birə ona elə gəldi ki, uşaqlıq illərinin keçdiyi o yerlər, göz işlədikcə uzanan o ovalıq ərazilər, Arpaçayı da, Fərhad kanalı da vaxtı ilə su altında qalmış yerlərdir. Bəlkə də Nuhun gəmisi də Ağrı dağından bu böyük dəryada üzərək insanları bizim ulu bablarımızı, nənələrimizi xilas etmişdi.
Axşam evə gələndə çox gec idi. Bir az çörək yeyib yatdılar. Xalidənin gözlərinə yuxu getmədi. Nə qədər çalışdısa yata bilmədi. Müəllimin verdiyi tapşırıqları, “naqruska”ları yerinə yetirmədiyindən yuxusu ərşə çəkilmişdi. Ozünü narahat hiss edirdi.. Bu narahatlıq sanki, ac qurd kimi içini didib parçalayır, ruhunu öldürürdü. Ona elə gəlirdi ki, bu hərəkəti ilə böyük bir cinyət etmişdir. Məhəmməd müəllim ayda 35 manat ev kirayəsi verirdi ki, qızı rahat oturub dərslərini hazırlasın, əlaçı olsun. Bu isə....O, vicdan əzabı çəkir, heç cür rahat ola bilmirdi. Xalidə yalnız indi hiss etdi ki, insan üçün həyatda ən böyük rahatlıq və xöşbəxtlik vicdan rahatlığıdır...
O, səhərə qədər yatmadı. Sübh tezdən durub dərslərini və “naqruska”larını hazırladı. Səhər tezdən qızlar yuxudan duranda hər şey qaydsında idi. Çay da hazır idi, yeməklər də... Və bir də... Və bir də Xalidənin üst-üstə yığılmış eskizləri...
Ruxsarə təəccüblə soruşdu:
-Ay qız, sən səhərə qədər yatmamısan? Bütün buları nə vaxt çəkdin ?..
-Yuxum gəlmədi. – deyə Xalidə cavab verdi.
-İşığı da yandırmamısan, bəs necə işləmisən?
Xalidə gülümsündü:
-Mən indi başa düşdüm ki, sübh tezdən işləmək daha gözəl olurmuş. Çox sağ olun ki, mənə bunu öyrətdiniz.

Ardı var...