Bu şəxslər yumurta YEMƏMƏLİDİR

Yumurta zülal, A, D, B12 vitaminləri, dəmir, fosfor və lecitinin təbii mənbəyidir. Bu məhsul qaynadılmış, qızardılmış, salatlarda, desertlərdə və isti yeməklərdə geniş istifadə olunur. Ancaq hər kəs üçün uyğun deyil.

"dogruxeber.tv" xəbər verir ki, bəzi insanlar üçün yumurta sağlamlıq baxımından təhlükə yarada bilər.

1. Yumurta allergiyası

Bu, xüsusilə uşaqlarda rast gəlinən ən geniş yayılmış qida allergiyalarındandır. Buraya dəri səpgiləri və qızartı, ödem və nəfəs almaqda çətinlik, ağır hallarda isə anafilaktik şok aiddir.

Allergiya həm yumurtanın ağı, həm də sarısı ilə bağlı ola bilər. Bu halda yumurta və onun tərkibli bütün məhsullar tamamilə rasiondan çıxarılmalıdır.

2. Yüksək xolesterin səviyyəsi

Yumurta sarısında təxminən 200 mq xolesterin var. Hərçənd müasir araşdırmalar qida xolesterinin təsirinin daha mürəkkəb olduğunu göstərir, ürək-damar xəstələri və aterosklerozlu şəxslərə həftədə 2-3 yumurtadan artıq yeməmək tövsiyə olunur. Belə hallarda yalnız ağ hissədən istifadə etmək məsləhətdir.

3. Qaraciyər və öd kisəsi problemləri

Qaraciyər xəstəlikləri, pankreatit və ya öd daşı zamanı yumurtanın sarısı orqanizmə əlavə yük ola bilər. Xəstəliyin aktiv fazasında həkimlər yumurtadan tamamilə imtina etməyi, yalnız mütəxəssis nəzarətində yumurta ağından istifadə etməyi tövsiyə edirlər.

4. Salmonella riski

Yaxşı bişirilməmiş yumurta salmonella bakteriyası ilə yoluxma riski daşıyır. Bu, xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün təhlükəlidir. Bu səbəbdən yumurtaları tam termiki emal edin və çiy halda istifadə etməyin (məsələn, xəmir və ya mayonez hazırlığında) (Lent.az)

Son xəbərlər

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bütün xəbərlər