Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Xəbər verdiyimiz kimi, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlər qonşuluqda yerləşən qalmaqallı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarovanı məhkəməyə veriblər.

"dogruxeber.tv" Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin iddiasına görə, məktəbə gedən yol rəhbərlik və bələdiyyə işçiləri tərəfindən satılıb, onun yerində obyekt tikilib. Beləliklə, heç bir sənədi olmayan məktəbə gedən yol sakinlərin həyətindən keçir. Maşınların həmin dar yolda hərəkəti sakinlərə ciddi çətinlik və təhlükəszilik problemləri yaradır.

Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Yerli sakin Zəminə Zahirova bildirib ki, direktor Piyalə Xudayarova qanunsuz fəaliyyət göstərən, cəmi 60-ya yaxın şagirdi olan məktəbin digər məktəbə köçürülməsinə müqavimət göstərir. O, məcburi köçkünlər və guya məktəbin şəhid adını daşımasından istifadə edilir.

Qeyd edək ki, sabah sözügedən iş üzrə Səbail rayon məhkəməsində hazırlıq iclası keçiriləcək. İclasa hakim Rəna Qafarova sədrlik edəcək.

Sakinlərin hüquqlarını müdafiə edən vəkil məhkəməyə ərizə ilə müraciət edib. Ərizəyə əsasən, bu tikili heç bir hüquqmüəyyənedici sənədi, müvafiq dövlət qurumlarının icazəsi və razılaşdırması olmadan özbaşına inşa edilib və “uyğunlaşdırılmış məcburi köçkün məktəbi” adı altında istifadə olunur.

Vəkil vurğulayıb ki, bu tikilinin Elm və Təhsil Nazirliyinin balansında olması ilə bağlı heç bir sənəd mövcud deyil. Ərazidə yerləşən digər fərdi evlər kimi, bu tikili də 2010-cu ildən sonra yaşayış üçün inşa edilib və əvvəllər taxta konstruksiyalı vaqon kimi istifadə olunub. Həmin vaqonlar sonradan genişləndirilərək özbaşına şəkildə tikiliyə - məktəbə çevrilib.

Qeyd olunur ki, məcburi köçkünlərin Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi əsasən, 1994-cü ilə qədər baş verib. Bu dövrdə onlar əsasən, dövlətə və ya ayrı-ayrı fiziki şəxslərə məxsus əmlaklarda məskunlaşıblar. Bu baxımdan, Piyalə Xudaverdiyevanın 2005, yaxud 2010-cu ildən sonra hazırkı mübahisəli tikililərin yerləşdiyi ərazilərdə guya “uyğunlaşdırılmış məktəb” açıldığını iddia etməsi məntiqsiz və qanuna ziddir. O, məcburi köçkün adından istifadə edib başqa vətəndaşların hüquqlarını pozur.

Vəkil qeyd edib ki, bu əraziyə 1990-cı illərdə məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı hər hansı rəsmi fakt yoxdur və bu da cavabdehin “qaçqın məktəbi” ifadəsindən sui-istifadə etdiyini göstərir.

Ərizədə o da bildirilib ki, cavabdeh bu tikilidən istifadə edərək sakinlərin, xüsusilə də iddiaçının mülkiyyət hüququnu pozur. Vəkilin sözlərinə görə, cavabdeh tərəf - məktəbin direktoru Piyalə Xudayarova iddiaçının - Zəminə Zahirovanın evinə bitişik sahədə özbaşına dəmir məhəccər quraşdırmaqla, 1 metr enində torpaq sahəsini qanunsuz şəkildə mənimsəyib. Bundan başqa, o, tikilini guya Elm və Təhsil Nazirliyinə məxsus obyekt kimi təqdim edərək məsuliyyəti üzərindən atmağa çalışır:

Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

"Halbuki, dövlətə məxsus bir obyekt olduğu təqdirdə, həmin tikilinin balans sənədi, hüquqi ünvanı və ya icarə müqaviləsi mövcud olmalı idi. Belə sənədlər isə məhkəməyə təqdim olunmayıb".

Vəkil əlavə edib ki, məktəb kimi təqdim olunan bu tikili uçuruma yaxın, təhlükəli ərazidə yerləşir, tikinti normalarına və təhlükəsizlik tələblərinə cavab vermir. Bu isə orada təhsil alan uşaqlar üçün ciddi risklər yaradır. Tikilinin yalnız piyada yolu ilə əlçatan olması, yanğın təhlükəsizliyi qaydalarına cavab verməməsi də əlavə təhlükə mənbəyi kimi qiymətləndirilir.

Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Bundan başqa Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhəri Memarlıq Və Şəhərsalma Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, eləcə də Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məktublarında müvafiq icazə və razılaşdırma sənədləri olmadan mübahisəli tikilinin qanunsuz özbaşına tikili olması qeyd olunub.

Ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən, xüsusi qərardan çıxarılaraq məsələnin Prokurorluğa göndərilməsi tələb olunur.

Oxunub: 476

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər