Yaşı 15-dən çox olan maşın sahibləri mütləq OXUSUN

Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomobillər üçün nəqliyyat vergisini artıra biləcək qanun layihəsi hazırlayır. Assosiasiyanın prezidenti Aleksey Podşekoldin qeyd edib ki, bu, sürücülərin avtomobillərini daha tez-tez təkmilləşdirməsi üçün stimuldur.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Rusiya avtomobil parkının 70%-nin yaşı 15,5 dən yuxarıdır.

Amma ekspertlər Podşekoldinlə razılaşmırlar. Onlar bildirirlər ki, rusların yeni avtomobillər almağa imkanları yoxdur və belə bir təşəbbüs onları nəqliyyatsız qoya bilər. Üstəlik, köhnə avtomobil üçün utilizasiya üzrə dövlət proqramı mövcud olmalıdır. Podşekoldinin təklif etdiyi kimi dövlətin şəxsə köhnə avtomobil üçün 300-400 min rubl təklif etməsi də ekspertlərə görə ağlabatan görünmür. Belə ki vətəndaşlar bu pula yeni maşın ala bilməyəcəklər. Assosiasiyanın keçmiş rəhbəri Oleq Moseyev hesab edir ki, hazırda nəqliyyat vergisinin artırılmasının mənası yoxdur.

Azərbaycanda isə artıq Utilizasiya Fondu yaradılıb. 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın.

Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev Bizim.Media-ya bildirib ki, heç Azərbaycanda da vətəndaşlara verilən məbləğlə gedib yeni maşın almaq mümkün deyil:

“Utilizasiya qarşılığında verilən məbləğ 1500 manat təşkil edir ki, bununla hər hansı təzə modelin heç ilkin ödənişini etmək olmur. Yenə də ümid ikinci əl maşınlarına qalır. Məbləğ artırılarsa, vətəndaş da könüllü olaraq maşınını utilizasiyaya verər. Kim istəməz ki təzə maşın sürsün?!”

Maşın “qocaldıqca” dərdləri də artır

Ekspert diqqətə çatdırıb ki, bundan başqa vətəndaşa yerli avtomobillərdən almaq üçün sadələşdirilmiş kredit şərtləri təklif olunur.

“Amma çox adam yerli maşınlara etibar etmir, həm də insanların sərbəst seçim hüququ var, başqa modellərlə maraqlanır. Ona görə də yaxşı olardı ki, yalnız yerli avtomobil deyil, xarici avtomobillərin alınmasına da kredit verilsin. Elə olarsa, ölkənin yollarında metallomluq, təhlükəli maşınları da görmərik. Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, yaşı çox olan avtomobillərin ölkə daxilində istifadəsi hələlik qadağan deyil, lakin onların saxlanması baha başa gəlir: getdikcə daha çox maliyyə və texniki çətinliklərlə üz-üzə qalır. Mühərrik, sükan, əyləc və digər əsas hissələrin vaxtaşırı dəyişməsi tələb olunur. Gələcəkdə tətbiq edilə biləcək ekoloji və texniki məhdudiyyətlər də qaçılmazdır.

Oxunub: 418

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər