9 saylı türmədə nələr baş verir? -ŞİKAYƏT

dogruxeber.tv: - 9 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Rauf Rəhimov redaksiyamıza müraciətində üzləşdiyi problemləri açıqlayıb.

15 il müddətinə azadlıqdan məhrum edilmiş məhbus Rauf Rəhimov 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunmuş Rəşad Əhədovun onun hüquqlarını pozduğunu bildirib.

Bundan əvvəlki müraciətində Rauf Rəhimov bildirmişdi ki, 2016-cı ildən etibarən 9 saylı cəzaçəkmə müəssisəsində rəssam kimi işləyib, rəsmi maaş verilib, dörd dəfə peşə təhsili alıb və nümunəvi davranışına görə 26 dəfə həvəsləndirmə tədbiri tətbiq edilib.

Dustaq qeyd etmişdi ki, yeni rəis Rəşad Əhədov isə indi onu işdən azad etmək üçün ərizə yazmağa məcbur edir. Məhkum onu da söyləmişdi ki, əks halda rəis onu başqa həbsxanaya köçürəcəyi ilə hədələyir.

Müraciətdə qeyd olunmuşdu ki, rəis bilərəkdən məhkum Rauf Rəhimovun telefon və video görüşlərini, eləcə də anası tərəfindən göndərilən dərmanların qəbulunu məhdudlaşdırır.

Məlumata görə, Rəhimov xroniki böyrək çatışmazlığından əziyyət çəkir və ömürlük dərman müalicəsinə ehtiyacı var.

Redaksiyamıza növbəti müraciətində isə R.Rəhimov vurğulayıb ki, rəis ona rəssam olmadığını söyləyib. O da cavabında deyib ki, həbsxanada bütün guşələri, stendləri özü hazırlayıb və göstərməyə hazırdır.

“Dedim ki, gəlin baxın. Bu sözlərimdən sonra onun tapşırığı əsasında Şəhidlər guşəsini cırıb tulladılar. O guşəni zəhmətimlə, halal maaşımla düzəltmişdim. Həmin Şəhidlər guşəsi müəssisənin inzibati ərazisində yerləşir. Təhsil naziri ilə olan şəklimdə arxada o guşə görünür. Bu göstərişi verən rəis Rəşad Əhədov, icra edən isə tərbiyəvi işlər üzrə yeni rəis müavini Rəşad Məmmədov olub”,_ deyə məhkum Rauf Rəhimov bildirib.
Onun sözlərinə görə, rəis müavini Rəşad Məmmədov əvvəllər idarədə çalışıb, Ələkbər Mirzəyevin işçisi olub: “Həmçinin əvvəllər məntəqə tipli cəzaçəkmə müəssisəsində işləyib. Şəhid guşəsini sökənlərdən biri də rəisin özü ilə gətirdiyi gizir Eldənizdir. Bu şəxs mülki formada gəzir”.

R.Rəhimov əlavə edib ki, inzibati binanın daxilində yerləşən Ulu öndərin, o cümlədən bayrağımızın və gerbimizin şəkilləri çıxarılıb: “Burada məqsəd o idi ki, yoxlama gələndə mənim rəssam olmadığımı desinlər. Çünki dövlət qurumlarına sübut edəcəkdim ki, mən rəssamam və ola bilər şəkil çəkməmişəm, amma bu stendləri, guşələri özüm yaratmışam. Ona görə bu məsələnin hörmətli ədliyyə nazirinin və Penitensiar Xidmətin diqqətinə çatdırmaq istəyirəm”.(anxeber.az)

Məhkumun dedikləri ilə bağlı müvafiq qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Bütün xəbərlər