Sahara səhrası yaşıllaşır: NASA sirli hadisəni müşahidə edir

Sahara səhrasını Yer kürəsinin ən quraq bölgələrindən biri kimi tanıyırıq. Lakin NASA-nın son müşahidələri və minilliklərə söykənən iqlim araşdırmaları göstərir ki, bu həmişə belə olmayıb. Üstəlik, 2024-cü ildə bölgənin bəzi hissələrində qeyri-adi dərəcədə çox yağıntı müşahidə edilib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə "ECOticias" yazır.

Məlumata görə, Saharada bir neçə gün ardıcıl yağan yağış çox nadir və qeyri-adi hadisə kimi qiymətləndirilir. Ən diqqətçəkən hadisə isə Sudanın şimal-şərqində baş verib - burada Arbaat bəndi suyun təzyiqinə tab gətirməyərək çöküb. NASA-nın hesablamalarına əsasən, cəmi bir ayda bu bölgəyə beş illik yağıntı norması qədər yağış düşüb.

Atlas dağlarının cənubundakı bölgələrdə də güclü yağışlar qeydə alınıb. Nəticədə onilliklərdir quraq qalan ərazilərdə göllər yaranıb. Bu göstəricilər, bütün dünyada nadir rast gəlinən iqlim hadisəsi ilə qarşı-qarşıya olduğumuzu təsdiqləyir.

Oksford Universitetindən olan alimlər daha əvvəl Mərakeş mağaralarındakı saliqmitləri analiz edərək, oksigen izotoplarını araşdırıb və Saharanın 8700-4300 il əvvəlki rütubətli dövrünü təsdiqləmişdilər. Bu dövr "Afrika nəm dövrü" kimi tanınır. Həmin vaxt, iki yarımkürə arasındakı temperatur fərqləri səbəbilə yaranan böyük tropik bulud sistemləri bölgəyə geniş yağışlar gətirmişdi.

Bu dövrdə Sahara sıx bitki örtüyü və kənd təsərrüfatı ilə məşğul olan insan məskənləri ilə əhatə olunmuşdu. Yeni tapılan neolit dövrü yaşayış məskənləri də bu yağışlı dövrün təsdiqidir və iqlimin insanların həyat tərzinə necə təsir etdiyini göstərir.

NASA peyk vasitəsilə bitki örtüyünün sıxlığını ölçən NDVI indeksinin təhlilinə əsasən bildirir ki, Saharanın mərkəzi hələ də əvvəlki kimi quraq qalır. Bəzi bölgələrdə bitkilərin artması müşahidə olunsa da, əsas yaşarma prosesi Saharanın cənubundakı Sahel zonasında baş verir.

Yaşıllaşma təkcə yağışdan asılı deyil

Mütəxəssislər vurğulayır ki, bitki örtüyünün reaksiyası yalnız yağıntının miqdarından deyil, həm də torpaq növü, hava temperaturu və su ehtiyatlarının tarixindən asılıdır. Saharanın mərkəzində torpaqlar əsasən qumlu olduğu və "yatmış toxumlar” – yəni rütubəti gözləyən toxumlar – olmadığı üçün təkcə yağış bu bölgədə yaşıllaşmaya səbəb olmur.

Buna qarşılıq, Sahel zonasında münbit torpaq və uzun illər ərzində saxlanılan bitki toxumları yağışla birlikdə həyatın canlanmasına gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, Saharanın mərkəzinin hələ də yaşıllaşmaya davamlı qalması, iqlim dəyişikliyi ilə mübarizənin nə qədər çətin olduğunu bir daha göstərir.//Qaynarifno

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər