BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ -  Dördüncü  hissə

XÜSUSİ TƏYİNATLILAR - 239

(Bədii- publisistik sənədli oçerklər)

Dördüncü hissə

MİRFAZİL HƏMİD


Hissə: 1 > 2 > 3


Bakı şəhərini işğal edən Sovet ordu qüvvələrinə qarşı xalqımız müqavimət göstərməkdə davam edirdi.Azərbaycan Xəzər Dəniz Neft Donanmasının gəmiləri Bakıda törədilmiş qanlı hadisələr və qırğınlar haqqında dünya ictimaiyyətini məlumatlandırmaqla yanaşı, həm də bir neçə gün Sovet hərbi gəmilərinin Bakı ətrafında kütləvi qırğınlar törətməsinin qarşısını almışdılar. Bakıda və respublikanın bütün ərazilərində hakimiyyəti ələ keçirmiş hərbi komandanlıq kütləvi həbslərə başlamışdır. Həmin gün Mirfazil Həmid (30 gün), bir ay inzibati həbs cəzasına məhkum edilmişdir.
Vaxt gələcək ki,bu faciə,kütləvi insan qırğını Azərbaycan xalqının müstəqillik yolunda verdiyi ən ağır,amma həm də ən qürurlu mübarizənin simvoluna çevriləcək!..Bu müdhiş hadisə xalqımızın milli şüurunun oyanmasını və müstəqillik qazanmasını daha da gücləndirəcək! 1990-cı il 20 yanvar gecəsi yalnız şəhərin küçələrinə yox, Azərbaycan xalqının tarixindəki ən parlaq səhifələrindən birinə qara qan yazdı.Lakin bu qanın içindən müstəqillik çiçəklkəri cücərəcək! Bu gün al qana boyanmış insanlar,bu müstəqillik qurbanları heç vaxt unudulmayacaq!.. Çünki onların qanı ilə millətimizin tarixinə azadlıq yazılacaq!..
Bu çətin,ağır günlərdə dərd-sər içərisində olan xalqımız ruhdan düşmədi,öz mübarizə əzmindən dönmədi.Qətiyyətlə dirəniş göstərərək ölkədə 40 günlük ümummilli tətil elan etdi.Fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də “Azadlıq” meydanında böyük matəm mitinqi və sonra dəfn mərasimi keçirildi. Azadlıq və müstəqillik uğrunda şəhid olanların hamısı böyük hörmət və ehtiramla Dağüstü Parkda,şəhərimizin ən uca yerində dəfn edildi. Beləliklə, Bakı şəhərinin, Səbail rayonu ərazisində indi “Şəhidlər Xiyabanı” adlandırılan həmin yer, xalqımızın and və ziyarət məbədinə çevrildi.Burda bir məsələni qeyd etmək istərdik ki, Səbail rayonu ərazisində olduğu üçün şəhidlərimizin dəfn və 40 mərasimində və digər təşkilatı işlərində Mirfazil Həmid cəbhəçi dostları ilə birlikdə yaxından iştirak etmişdir. İştirak etmişdir deyəndə son aylar Mirfazil ev üzü görmürdü.20 yanvar faciəsindən sonra onun işi tamamilə çətinləşmişdi. Azdalıq uğrunda şəhid olanların arasında onun tanıdığı, bildiyi elə insanlar vardı ki, hər gün vaxt ayırıb cəbhəçi dostları ilə birlikdə onların ailəsinə baş çəkir,
mənəvi dayaq olur,lazımi işlərdə yaxından kömək göstərirdi.O,bunu özünün ən böyük və ən müqəddəs borcu hesab edirdi.Hətta bəzən elə olurdu ki,imkansız ailələrə,tək övladını itirmiş valideynlərə maddi dayaq olmaq üçün imkanlı dostları,tanışlarını bu işə qoşurdu.”Şəhidlərimizə,onların ailələrinə sahib çıxmaq bir millət olaraq bizim şərəf borcumuzdur” deyirdi.
Mirfazil Həmid bu illərdə artıq püxtələşmiş, bişmiş bir siyasətçiyə çevrilmişdi. O, ölkədə gedən siyasi prosesləri düzgün dərk edir,real məntiqi nəticələr çıxarırdı. 1990-cı il 20 yanvar faciəsindən sonrakı vəziyyət,xalqın dirənişi,milli-azadlıq ehtirası və mübarizə əzmi,onda böyük nikbinlik yaratmış və inamını daha da artırmışdır.Bunları doğuran səbəblər əsasən aşağıdakılardır:
-Mayın 19-da ölkədə prezident vəzifəsi təsis edildi və həmin gün Azərbaycan Ali Soveti Ayaz Mütəllibovu prezident seçdi.
-Mayın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may gününü Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü elan edildi.
-İyul ayında Respublikanın Ali Sovetinə xalq deputatları seçkisinə start verildi və demokratik düşərgənin 20-dən çox təşkilatının nümayəndələrinin iştirakı ilə Demokratik blok yaradıldı.
-Noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ləğv edilərək Naxçıvan Muxtar Respublikası adlandırıldı.
-1991-ci ilin fevralın 5-də respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarılaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay-ulduzlu bayrağı Respublikanın dövlət bayrağı kimi qəbul edildi.
Güclü təzyiqlərə baxmayaraq Bakıda və respublikanın bütün rayonlarında ardıcıl olaraq mitinqlər davam edir,özünün ən pik nöqtəsinə çatırdı.Artıq SSRİ öz mövcudluğunu itirmək həddinə şatmışdı.Öz mövcudluğunu qoruyub saxlamaq üçün bu qondarma Sovet İmperiyasının rəhbərləri bütün vasitələrə əl atır,hətta dövlət çevrilişi yolu ilə ölkədə,yəni SSRİ-də fövqəladə vəziyyət elan etməyə cəhd göstərirdi.
Belə bir vəziyyətdən -boşluqdan maksimum bəhrələnməyə çalışan Azərbaycan Xalq Cəbhəsi bir çox uğurlara imza atdı.1991-ci ilin avqustun 30-da Azərbaycan Dövlət müstəqilliyinin bərpası haqqında “Bəyannamə” adlı çox mühüm bir sənəd qəbul edildi.Ali Sovetin elə həmin növbədənkənar sessiyasında demokratik qüvvələrin ciddi tələbi ilə Bakıda fövqəladə vəziyyətin ləğv edilməsi və milli müdafiə qüvvələrinin yaradılması barədə qanun qəbul olundu.Sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı. Nəhayət, oktyabrın 18-də Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı “ qəbul edildi. Bu, Azərbaycan Xalq Cəbhəsinin və demokratik qüvvələrin dörd il ərzində apardığı gərgin mübarizənin ən parlaq qələbəsi idi.Bu möhtəşəm qələbədə Mirfazil Həmidin də çox böyük zəhməti vardı və demək olar ki, o, bütün şüurlu həyatını respublikamızın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə həsr etmişdi.İndi onun sevinci yerə-göyə sığmırdı və amma əlbəttə, bu, onun son arzusu deyildi.Əsil mübarizə qarşıda idi.Nəhayət, çox keçmədi ki,gərgin zəhmət, yuxusuz gecələr, ağrı-acılı günlər öz bəhrəsini verdi.1991-ci ilin oktyabrın 18-də Ali Sovetin sessiyasında Azərbaycanın 1920-ci ildə itirdiyi dövlət müstəqilliyi bərpa olundu. Dövlətimiz özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi. Həmin vaxtdan bir az sonra, dekabrın 25-də Ali Sovet bir sıra mühüm qərarlar qəbul etdi. Ən əsası:
1) 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması;
2) Kiril,yəni rus əlifbasından latın əlifbasına keçirilməsi;
3) Ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılması idi.
Bunlar çox böyük qələbə idi.Əgər Azərbaycan Xalq Cəbhəsinin dörd illik fəaliyyətini qiymətləndirməli olsaq,onda aşağıdakı cəhətlər üzərində dayanmalı olacağıq.
-1988-ci ildən başlayaraq kütləni xalq hərəkatının liderinə, yəni Azərbaycan xalqının milli özünüdərki və azadlıq istəyini siyasi gücə çevirməyi bacardı.
-Xalqı təşkilatlandırmaqda,mitinqlər və aksiyalar keçirməkdə,xalq arasında siyasi maariflənməni artırmaqda çox mühüm rol oynadı.1989-91-ci illərdə milyonlarla insanın iştirakı ilə aparılan mitinqlər Xalq Cəbhəsinin fövqəlgücə və cəmiyyət üzərində böyük təsirə malik olduğunu əyani şəkildə açıb göstərirdi.
-Sovet İmperiyasının dağılması ərəfəsində ölkədə gedən siyasi prosesləri diqqətlə izləyərək Azərbaycan üçün tarixi fürsəti düzgün qiymətləndirməyi bacardı.Tam müstəqilliyin əldə olunması istiqamətində çox düzgün konseptual və praktiki addımlar atdıldı.
-Qəti şəkildə demək olar ki,Xalq Cəbhəsinin çevik fəaliyyəti xalq arasında elə bir ictimai-siyasi ab-hava yaratmışdı ki,nəticədə yuxarıda qeyd etdiyimiz kimi Müstəqillik “Bəyannaməsi”nin və Konstitusiya Aktının qəbul olunmasına çox ciddi və əsaslı təsir göstərdi.
-Xalq Cəbhəsi eyni zamanda paralel olaraq ölkəmizin ərazi bütövlüyü və Qarabağ problemi məsələsində fəal və barışmaz mövqe tutaraq daim diqqət mərkəzində saxlayırdı ki,bu da xalq arasında onun nüfuzunu artırırdı.

Mirfazil Həmid nəticə etibarı ilə AXC-nin 1991-ci ildə müstəqilliyimizin bərpası istiqamətindəki fəaliyyətini tarixi baxımdan milli iradəmizin siyasi təcəssümü kimi dəyərləndirirdi.AXC-nin yaratdığı ictimai təzyiq və milli ruh Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında əsas və həlledici rol oynadı.Beləliklə,xalqımız uzun illərdən sonra Sovet İmperiyasının caynağından qoparaq öz azadlıq və müstəqillik səadətinə qovuşdu.İndi ölkəmizin tarixində yeni bir səhifə açıldı.1991-ci il noyabrın 26-da demokratik blokun tələbi və prezidentin razılığı ilə qanunvericilik məsələlərinin operativ həlli üçün,hər iki tərəfdən 25 nəfər,cəmi 50 nəfərdən ibarət olmaqla Müvəqqəti qanunvericilik orqanı olan Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi.
Az sonra respublikamızın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyan ilk ölkə qardaş Türkiyə Respublikası, onun ardınca isə Rumıniya, Pakistan, İsveçrə və İran, 1992-ci illərin əvvəllərində isə ABŞ və Rusiya oldu. Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına (İTK), ondan bir qədər sonra isə beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) qoşuldu. 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olundu.
Respublikamız müstəqillik qazandıqdan sonra Mirfazil Həmidi düşündürən əsas məsələ vətənimizin ərazi bütövlüyü və torpaqlarımızı azğınlaşan erməni təcavüzündən qorumaq idi.Hesab edirdi ki,apardığı mübarizənin birinci mərhələsi başa çatdıqdan sonra,yəni müstəqillik qazandıqdan sonra,ikinci mərhələ isə torpaqlarımıza göz dikən erməni-rus işğalçılarının qarşısını almaq idi.Çünki müstəqil, gənc Azərbaycan üçün çətin bir dövr başlamışdı.Dağlıq Qarabağda erməni separatizmi artıq özlərinin “Dağlıq Qarabağ erməni respublikası”nı elan etmişdilər.Öz havadarlarına arxalanaraq heç nədən qorxmadan,çəkinmədən açıq şəkildə”Arsax ordusu” yaratmış,rusların köməyi ilə müasir silah-sursat və hərbi texnika ilə təchiz etmişlər.Sözün həqiqi mənasında torpaqlarımızın bütövlüyü təhlükə qarşısında idi.Mirfazil vəziyyəti düzgün qiymətləndirməyi bacarır, yaranmış reallıqları dərk edir və əgər belə davam edərsə, sərhəd rayonlarında vəziyyətin daha da kəskinləşəcəyi qənaətinə gəlirdi.Bu,onu çox narahat edirdi. Düzdü, bizdə Müdafiə Nazirliyi yaradılsa da hələ formalaşmamışdı, silah-sursat və hərbi texnika, demək olar ki, yox dərəcəsində idi.Yerli özünümüdafiə batalyonları özlərinin əldə etdiyi köhnə silahlarla düşmənin qarşısına çıxırdı.Belə bir vəziyyətdə yaxşı silahlanmış və güclü təlim keçmiş erməni-rus hərbi hissələrinə qarşı uğurlu hərbi əməliyyatlar aparmaq çox çətin idi.Buna görə də Sovet qoşun hissələrinin köməkliyi ilə erməni silahlı qüvvələri 1991-ci ilin dekabrından Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan kəndlərinə ardıcıl hücum əməliyyatları keçirir,işğalçılıq siyasətini daha da genişləndirirdilər.
Xalq Cəbhəsinin artan nüfuzundan və onun hakimiyyətə gəlmək şansının çoxluğundan ehtiyatlanan xarici və daxili maraqlı qüvvələr ölkədə qarışıqlıq salmağa,hər cür mane olmağa çalışırdılar.Bunun üçün hər vasitəyə əl atır,bütün mümkün variantlardan istifadə edirdilər.Mirfazil Həmid bunu açıq-aydın görür,nə qədər məkrli bir siyasət aparıldığını hiss edirdi.Amma açıb-ağarda bilmirdi.Bir neçə dəfə buna səy göstərsə də alınmamışdı.Bir dəfə yaxın bir cəbhəçi dostu Maarif Məmmədov onu fikirli görüb demişdi:
-Hər şey yaxşı gedir,artıq hakimiyyətin bir addımlığındayıq.Sən isə elə həmişə fikirli,düşüncəli görünürsən.Nədi? Nə olub? Sənin ki,işlərin lap yaxşı gedir.
-Onda Mirfazil təəccüblə dostunun üzünə baxdı:
-Hansı işlərim?-Deyə maraqla soruşdu.
-Necə hansı işlərim?Hakimiyyətə gəlməyi deyirəm də...Maşallah,sənin adın lap ən yüksək pillələrdə hallanır.
-Hə, başa düşdüm, -deyə Mirfazil gülümsünüb dostunun qoluna girdi.-Hakimiyyətə gəlmək bizim haqqımızdır. Budu, neçə illərdir küçələrdə, meydanlardayıq. Sənin özün neçə dəfə tutulub işgəncələrə məruz qalmısan. Günlərlə, həftələrlə ev üzü görməmisən.Həmişə,hər zaman qabaqda,ön sırada olmusan,əzilmisən,döyülmüsən.Vəzifədə oturan nənələrin “gül balalarından”heç də əskik deyilsən.Amma indi vəziyyət başqadır.Ermənilər torpaqlarımıza göz dikiblər.Onlar ölkədəki vəziyyətdən istifadə edərək Şuşa, Laçın, Qubadlı rayonlarına hücuma hazırlaşırlar.Yaqin ki,döyüş bölgələrindəki vəziyyətdən xəbərin var?
-Əlbəttə,-deyə o, köks ötürüb sonra dedi.-Bizim uşaqlar orda döyüşürlər. Qardaşım oğlu da onların arasındadır.Deyir ki,vəziyyət çox pisdir.Silah-sursat çatışmır,bəzən elə olur ki,iki nəfərə bir avtomat düşür.
-Bəli,bizə belə bir vəziyyətdə müasir silahlarla təchiz olunmuş erməni-rus hərbi qüvvələrinin qarşısında dayanmaq çətin olacaq.Biz isə,içi mən qarışıq,ancaq hakimiyyətə gəlmək haqqında fikirləşirik.Məgər biz meydana bunun üçün çıxmışdıq ki, nə vaxtsa hakimiyyətə gələcəyik?..Bu, bizim vətəndaşlıq borcumuzdur!..Vətənimizə, millətimizə, xalqımıza olan borcumuzdur.Bizim görməli olduğumuz işi kimsə bizim əvəzimizə etməyəcək!..Bizim hər birimiz bu həqiqəti bilməlidir.
-Maarif Məmmədov nəyisə xatırlayırmış kimi soruşdu:
-Deyəsən bu barədə AXC Səbail rayon şöbəsi məclisində məsələ qaldırmışdınAmma deyəsən sonra alınmadı.
Mirfazil təəssüflə başını buladı:
-Hə,dedilər ki,bu məsələyə sonra baxılar.İndi gündəmdə olan əsas məsələ prezident seçkilərinə hazırlıqdır.
-Bəlkə də haqlıdırlar,-deyə Maarif sual dolu baxışlarını dostunun üzündə gəzdirdi.-Bu şansı əldən vermək olmaz.
Mirfazil sərt şəkildə cəbhə yoldaşına baxdı:
-Amma torpaqları vermək olar?..
-Niyə ki?-Bəyəm seçkilərə hazırlaşmaq torpaqları vermək deməkdir?-Deyə Maarif təəccüblə,maraqla Mirfazilə baxdı.-Əksinə,hakimiyyətə gələndən sonra torpaqlarımızı qorumaq daha asan olacaq. Çünki, əlimizdə səlahiyyət, qüvvə olacaq.
Mirfazil ayaq saxlayıb ciyər dolusu nəfəs aldı:
-Ona qədər çox şey ola bilər,-dedi.-Özün bilirsən ki, indi çox mürəkkəb və gərgin bir dövrdür.Ölkəmiz dərin dəyişikliklər astanasında olan və qeyri-müəyyənlik dolu bir vəziyyətdədir.SSRİ dağılandan sonra siyasi sabitlik hələ bərpa olunmayıb.Bizi sevməyən,xalqımızın iradəsinin,istəyinin əksinə gedən,öz mənfur niyyətlərini həyata keçirməyə çalışan daxili və xarici qüvvələr hər an fürsət gözləyirlər.Bu,istər arxa cəbhədə olsun,istərsə də ön cəbhədə-döyüş bölgələrində,fərqi yoxdur,gizlin-gizlin öz işlərini görürlər.Mənim narahatlığım əsas ondan ibarətdir ki, indiki, belə həssas bir vaxtda Dağlıq Qarabağda, Ermənistanla sərhəd rayonlarda qeyri-peşəkar yerli könüllü özünümüdafiə batalyonlarının gücünə arxalanmaq olmaz.Təcili əlavə qüvvələr göndərmək, hərbi təlim-məşq düşərgələri yaratmaq lazımdır.Xalq Cəbhəsinin indi çox böyük nüfuzu var,o,bütün dövlət strukturlarına təsir edə bilər.Bax,məni düşündürən bu məsələdir və hesab edirəm ki,bu,hamımızı düşündürməlidir.
Maarif fikrə getdi.O, Mirfazil kimi bu qədər dərindən düşünməmişdi. Dostunun haqlı olduğunu dərk edib səmimiyyətlə dedi:
-Sən düz deyirsən, Mirfazil bəy, sadəcə, mən bu qədər dərinliyə getmirdim. Düzü heç ağlıma da gəlmirdi.Hesab edirdim ki,belə strateji məsələlər rəhbərliyin səlahiyyətlərinə daxildir.Amma sən deyəndən sonra,başa düşdüm ki,bu,hamımıza aiddir.Çünki ümummilli problemdir.Çox sag ol!
Böyük Ermənistan iddiası ermənilərin gözünü o qədər tutmuşdur ki,artıq onlar Dağlıq Qarabağla kifayətlənməyərək bütün sərhəd boyu rayonlarda, kəndlərə, qəsəbələrə, şəhərlərə hücum edir, evləri çapıb-talayır, yandırır, ağla sığmayan vəhşiliklər edirdilər.Onlar rus ordusunun hesabına müasir silah-sursat və hərbi texnika ilə silahlanır,bizdə isə camaatda olan ov tüfənglərini də yığırdılar.Keçid ərəfəsi olduğundan maraqlı qüvvələr və hakimiyyət hərisləri aranı qatır,müxtəlif təxribatlar yaradır,hər cür mane olmağa çalışırdılar.
Nəhayət ki,demokratik qüvvələrin hökumətə təzyiqi nəticəsində Müdafiə Nazirliyinin yaradılması haqqında qərar qəbul edildi.Ölkəmizdə milli ordu quruculuğuna mane olan mühafizəkar qüvvələr də öz işlərini ciddi olaraq davam etdirirdilər.Müdafiə Nazirliyinin yaradılması tam formal xarakter daşımaqla, müxtəlif təxribatlar törədilir, xalqımızda öz gücünə inamsızlıq,təslimçilik əhval-ruhiyyəsi təlqin edilir və ölkəmizdə milli ordu yaradılmasının mümkün olmadığının təbliğatı aparılırdı.
Bu baxımdan 1990-cı il yanvarın 12-də milli demokratik qüvvələr hərbi dəstələr təşkil edərək xalqımızı erməni silahlı qüvvələrindən qorumaq məqsədi iləMilli Müdafiə Şurasının yaradıldılması haqqında qərar verdilər.Əsas məqsəd erməni təcavüzkarlarına qarşı mübarizə aparmaq və ölkəmizin ərazi bütövlüyünü qorumaq idi. Odur ki, millətimizin müqavimət gücünü artırmaq və respublikanın müdafiəsini, ərazi bütövlüyünü təşkil etmək məqsədilə Bakı şəhərində və Respublikanın bütün rayonlarında özünümüdafiə dəstələrinin təşkil edilməsi haqqında göstəriş verildi.
1991-ci ilin yayı idi.Mirfazil tələbə yoldaşları ilə birlikdə Filarmoniya bağında oturub çay içirdilər.Yorğun olduqlarından bir az istirahət edib mitinqə getməli idilər.Çox,lap çox yorulmuşdular.Mirfazil Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Layihə İnstitunda işlədiyindən işi o qədər də ağır deyildi.Amma uşaqlar hələ də təmir-tikinti idarəsində çalışırdılar.Demək olar ki,əldən ayaqdan düşürdülər.Çay içir,söhbət edir,gələcək işlərini planlaşdırırlar.Elə bu vaxt bir gənc oğlan onlara yaxınlaşıb salam verdi.Üz-gözündən tər süzülürdü.
-Qardaşlar,sizə bir işim düşüb,-dedi.-Mənə sizin köməyiniz lazımdır.
-Nə kömək?-Deyə Əli tələsik soruşdu.-Nə işin var, biz hazırıq.
O,bir Əliyə,bir də onlara baxıb dedi:
-Maşınımızda ağır yük var,Filarmoniyanın yoxuşunda sönüb qalıb.Onu bir az itələmək lazımdır.
-Nə maşınıdır?-Deyə uşaqlardan biri soruşdu.
-Niva.Amma yükümüz çox ağırdır.Yoxsa sizə əziyyət verməzdik.
Uşaqlar tez ayağa qalxdı.Tariyel dedi:
-Bu nə sözdü, qardaş,ayıb deyil?-Sonra dostlarına tərəf çevrilib dedi:
-Durun,uşaqlar, getdik.
Maşına çatanda uşaqlar heyrətdən donub qaldılar.Maşının arxa oturacağı çıxarılmış,pəncərələr örtülmüş,tavana qədər avtomat və pulemyot güllələri ilə dolu idi.Maşının təkərləri yerə yatmışdı.O,maşının yanında dayanmış oğlanı göstərib dedi:
-Qardaşım Süleymandır.
Mirfazil dedi:
-Salam, Süleyman bəy, narahat olmayın, indi sizə kömək edərik.
Mirfazil uşaqlarla birlikdə maşını təcili burdan çıxarıb, İçəri Şəhər metro stansiyasının yaxınlığınadək itələdilər.
-Qardaş, bağışla,mənim adım Mirfazildir,bunlar da tələbə yoldaşlarımdır.Biz hərəkat adamıyıq. Soruşmaq ayıb olmasın, milli ordumuz üçün silah-sursatın tapılmadığı bir vaxtda bu nədi belə? Hardan gətirirsiniz,hara aparırsınız?..
-Tanışlığımıza çox şadam,-deyə o, gülümsündü.-Mənim də adım Elmandır. Hüseynov Elman Fazil oğlu.Vətənimizin bu dar günündə kömək etmək lazımdır. Rusların burdakı hərbi hissələrində mənim tanışlarım var.Qardaşımla birləşib iki gündən bir,bir maşın güllə alıb Müdafiə Nazirliyinə yardım edirik.
Vəlixan maraqla soruşdu:
-Bunun üçün sizə nəsə verirlər?Çünki bu,elə-belə söhbət deyil.Çox ciddi məsələdir...Əlli kilo deyil,yüz kilo deyil...
Elman dikəlib əlini maşının üstünə qoydu.Dərindən köks ötürüb qayğılı bir tərzdə dedi:
-Görürəm hərəkat adamısınız.Vətəni,torpağı sevən insanlarsınız.Bax,sizi Azadlıq meydanına aparan,rus ordusunun qabağına çıxaran qüvvə,bizi də bu işi görməyə sövq edir.Bu,sizin bir vətən,millət borcunuz olduğu kimi,bizim də borcumuzdur.Biz burda heç bir təmənna güdmürük,nə ediriksə,öz hesabımıza edirik. Qarabağda vəziyyət çox ağırdır, silah-sursat çatışmır. Vətənimiz, xalqımız, millətimiz üçün edirik!
Mirfazil:
-Sağ ol Elman bəy,-deyib onu qucaqladı.Əli ilə kürəyinə vurdu.-Vətənimiz, millətimiz sizin bu fədakarlığınızı heç vaxt unutmaz.Vətənimizin bu ağır,dar günündə,yağı düşmənlər torpaqlarımıza göz dikdiyi bir vaxtda onun yanında olmaq, böyük fədakarlıq göstərmək sözün həqiqi mənasında əsil qəhrəmanlıqdır!.. Siz iki qardaşın bu zəhməti Azərbaycan gənclərinə gözəl nümunədir.Sağ olun, vətənimiz sağ olsun.
-Siz sağ olun, Mirfazil bəy, - deyə Süleyman söhbətə qoşuldu.-Meydanlara çıxan, etiraz səsini ucaldan gənclərimiz sağ olsun.Azərbaycanımız var olsun...İndi kimin əlindən nə iş gəlir, onu etməlidir.Biz qardaşlar da bunu bacarırıq.Nə qədər imkanımız var,bundan sonra da edəcəyik.Siz sağ olun!..Vətən sağ olsun!.

Dövlət müstəqilliyimizin bərpa edildiyi ilk illərində ( 1991-1992 ), hərbi müdafiə sisteminin olmadığı bir zamanda,ölkəmizin ərazi bütövlüyü, xüsusilə də Dağlıq Qarabağ bölgəsi erməni – rus hərbi birliklərinin təcavüzünə məruz qaldığı vaxtlarda, yenicə yaranmaqda olan Milli Ordumuzun ilk hücum əməliyyatının uğursuzluğu,1-ci Şıxov könüllü özünümüdafiə dəstəsinin Dağlıq Qarabağda, Daşaltı kəndində məğlubiyyətə uğraması Mirfazilə olduqca pis təsir göstərmişdir. Kərkicahan, Malıbəyli və Quşçular kəndləri uğrunda gedən döyüşlərdə onlarla Azərbaycan əsgəri vətən yolunda, dövlətimizin müstəqilliyi, azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban versə də, nəticədə heç bir uğur qazanılmadı. Həmin yaşayış məntəqələri erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu. Bundan sonra Xocalı və Şuşa şəhərləri təhlükəli vəziyyətə düşdü. Yanvarın 25-də gecə Şuşanı mühasirədən qurtarmaq üçün Azərbaycan milli ordusunun “Daşaltı əməliyyatı” nəticəsiz qaldı.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər