gundem / dunya
19.07.2025
Ukraynaya bu ölkədən tanklar gəlib - Yaxın aylarda...
Avstraliyanın vəd etdiyi 49 "Abrams" tankının yarısından çoxu Ukraynaya gəlib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Telekanal Avstraliyanın müdafiə naziri Riçard Marlesin sözlərinə istinad edib: "49 vəd edilmiş tankın yarısından çoxu Ukrayna ordusuna gəlib, qalanları yaxın aylarda gözlənilir".
İstismardan çıxarılan Avstraliya "Abrams"larının 2025-ci ilin aprelindən etibarən qeyri-müəyyən müddətə ölkədə "ilişib qalmış" hesab edildiyi bildirilir. Eyni zamanda, Avstraliya Müdafiə Nazirliyinin nümayəndələri bu gecikməni qismən ABŞ-ın müqaviməti ilə əlaqələndiriblər.



