gundem / dunya
13.01.2023
ABŞ Şərqi Avropaya kütləvi şəkildə tanklar köçürür
Hollandiyanın Vlissingen limanına ABŞ-ın 1000-dən çox zirehli texnikası gəlib.
"dogruxeber.tv" xəbər verir ki, döyüş maşınları, o cümlədən M-1 Abrams tankları rotasiya çərçivəsində Şərqi Avropaya daşınacaq.
Məlumata görə, zirehli texnika Polşa və Litvaya göndəriləcək. Bu addım NATO-nun şərq cinahını gücləndirmək siyasəti ilə izah olunur. Ümumilikdə oraya təxminən 1250 ədəd hərbi texnika köçürülməlidir, bunların arasında M-1 Abrams tanklarından əlavə, Bradley döyüş maşınları da var.



