Arxeoloqları heyrətə salan iddia: Musa peyğəmbərə aid 3,8 min illik mesaj tapıldı

Misirin Sina yarımadasında, ətrafdan uzaq bir vadidə yerləşən qədim mədən sahəsində üzə çıxarılan daş yazılar arxeologiya və din tarixini sarsıdacaq səviyyədə bir iddianı gündəmə gətirib.

"dogruxeber.tv" xəbər verir ki, 3 min 800 il əvvələ aid olduğu düşünülən yazılarda Musa peyğəmbərin adına birbaşa istinad edilməsi mütəxəssislər arasında böyük maraq doğurub.

"Daily Mail" nəşrinin xəbərinə görə, mədən sahəsində aparılan qazıntılar zamanı tapılan yazılardan birində "Bu, Musadandır" mənasına gələn bir ibarə yer alır. Araşdırma qrupunda yer alan tədqiqatçı Maykl Bar-Ron bildirir ki, bu ifadə yalnız arxeoloji deyil, həm də dini və mədəni mənada böyük bir dönüş nöqtəsini simvolizə edə bilər. Mütəxəssislər bu yazının Tövratda təsvir olunan və Musanın rəhbərliyi ilə baş verdiyi inanılan "Çıxış” hekayəsinə işıq tuta biləcəyini düşünür.

Ərazidəki bəzi daş yazılarda qədim Misir tanrıçalarının adlarının sonradan oyulub silindiyi müşahidə edilib. Bu hal, arxeoloqlar tərəfindən həmin dövrdəki inanc sistemindən qopma prosesinin izləri kimi qiymətləndirilir. Həmin ərazidə yerləşən və "lənətlənmiş giriş” adlandırılan bir koridor, həmçinin yandırıldığı ehtimal edilən bir məbədin qalıqları da bu nəzəriyyəni gücləndirir.

Bölgədə əldə edilən digər önəmli tapıntılardan biri isə Firon sarayında xidmət etmiş olduğu düşünülən Asiya mənşəli bir müşavirin adının həkk olunduğu nəhəng daş abidədir. Bu da həmin dövrdə Misirdə müxtəlif xalqlar arasında kompleks mədəni qarşılıqlı əlaqələrin mövcud olduğunu göstərir. Bar-Ron yazıların həm tarixi, həm də mənəvi olaraq "transformativ” bir mesaj daşıdığını deyir.

Lakin bu iddialar arxeologiya və mifologiya sahələrində fikir ayrılıqlarına səbəb olub. Kanadanın Britaniya Kolumbiyası Universitetindən misirşünas Prof. Dr. Tomas Şnayder məsələyə ehtiyatla yanaşaraq "Ortaya atılan şərhlər son dərəcə cəlbedicidir, lakin elimizdəki sübutlar hələlik elmi dəqiqlik daşımır", deyə bildirib.

Hazırda arxeoloqların diqqəti mədən ocağının daha dərin qatlarında nələrin gizləndiyinə yönəlib. Çünki bir çox mütəxəssisə görə, bu kəşf yalnız başlanğıcdır.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər