Piştaxtada 1-ə qoyub, kassada 5-ə satanlar... - 4 min manatdan 6 min manatadək CƏRİMƏLƏNƏCƏK

dogruxeber.tv: - Son günlər ölkədə fəaliyyət göstərən bir çox marketlər malı vitrində qeyd olunan qiymətdən baha satdıqlarına görə cərimə olunur. Siyahıda demək olar ki, Azərbaycanın ən böyük bütün marketlər şəbəkələri mövcuddur. Özü də bu hal birinci dəfədir baş vermir. Artıq bir neçə dəfədir ki, məhz bu halla bağlı müvafiq qurumlar tərəfindən cərimələmə prosesi həyata keçirilir.

Mütəmadi cərimələnməyə baxmayaraq, bu halın təkrar olunmasına səbəb nədir? İri market şəbəkələrini buna nə vadar edir? Bu prosesə kim nəzarət edir və bu əməl üçün nə qədər cərimə nəzərdə tutulur? Dəfələrlə bunu edən marketlər şəbəkələrinin bağlanma ehtimalı varmı?

Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov Referans-a açıqlamasında bu sualları ətraflı cavablandırıb.

“Rayon mərkəzlərindəki və ya şəhərdaxili ərazilərdə yerləşən orta ölçülü supermarketlər 5,000 – 15,000 SKU (Stock Keeping Unit — məhsul çeşidləri) ilə xidmət göstərir. Böyük supermarket və ya hipermarketlər isə 20,000 – 50,000 və daha artıq SKU ilə xidmət göstərirlər. Bu göstərici ərazi, satış sahəsi, təchizat zənciri və logistika imkanlarına görə dəyişir. Hər bir məhsul anbardan kassaya çatana qədər ən azı 15–20 prosesdən keçir. Bu rəqəm supermarketin ölçüsünə, texnoloji imkanlarına və idarəetmə sistemlərinə görə daha da arta bilər".

Ekspert nəzərə çatdırıb ki, pərakəndə bazarı dinamik bazardır və qiymət həssaslığının ən çox büruzə verildiyi yerdir. Belə olan təqdirdə sistemdə baş verən qiymət dəyişikliyi və rəfdəki qiymət dəyişikliyi eyni zamanda olmaya bilir.

“Sadə dildə desək, çox zaman əməkdaşlar müvafiq qiymət dəyişikliyini icra etməyə macal tapmaya bilirlər. Məhz bu nöqtədə texnologiyanın tətbiqi hər zaman səmərəli olmaya bilər. Əsas etibarı ilə insan faktorundan qaynaqlanan səbəblərdir:

· Sistemə yeni qiymət yüklənib, lakin fiziki etiket dəyişdirilmir

· Merçendayzer səhv etiket yapışdırıb və ya köhnəsini çıxarmır

· Aksiyanın müddəti başa çatıb, amma kampaniya etiketi hələ rəfdə qalır

· Müştəri bir SKU-nu digərinə oxşadaraq götürür halbuki qiymətləri fərqlidir

Birmənalı olaraq bildirim ki, bu müştəri təcrübəsinin keyfiyyətini aşağı salır və şəbəkənin etimadını zədələyir. Adətən supermarket şəbəkələri bu tip hallarla qarşılaşdıqda müştəri etimadını bərpa etmək üçün müəyyən hazır mexanizmləri işldirlər. Artıq ödənilmiş pulun geri qaytarılması, məhsulun hədiyyə edilməsi və s. kimi mexanizmlər tətbiq edilir”.

Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, marketlərin malı vitrindəki qiymətdən baha satması məsələsi istehlakçı hüquqlarının pozulması sayılır və bu kimi hallara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir.

“Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əsasən, vitrindəki qiymətlə kassadakı qiymət arasında fərq varsa, bu istehlakçının aldadılması sayılır və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

Hüquqşünas xüsusilə qeyd edib ki, bu əməllər təkrar törədildikdə cərimələr arta bilər.

“Eyni zamanda həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.// neqativ.com

Son xəbərlər

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Bütün xəbərlər