İstifadədən sonra elektrik enerjisindən ayrılması lazım olan üç cihaz

Elektrik qiymətləri hər il artdıqca, elektrik enerjisinə qənaət edən texnologiyalara sərmayə qoymaq daha cəlbedici görünür.

Lakin bundan əvvəl edilə biləcək daha sadə bir neçə addım var: Evinizdə fərqində olmadan daha çox enerji sərf edən əşyaları müəyyənləşdirmək.

Bir çox elektron cihaz və məişət texnikası istifadə edilmədikdə elektrik şəbəkəsinə qoşulduqda enerji sərf etməyə davam edir. Buna "fantom yük" deyilir. Hətta söndürülmüş ağıllı enerji ölçən cihazlar belə az miqdarda (1-2 vatt) enerji çəkə bilər.

İstifadədən sonra cihazları elektrik şəbəkəsindən çıxarmamaq ödənişləri artıran səbəblərdəndir.

"dogruxeber.tv" xəbər verir ki, texnologiya saytı "SlashGear" istifadə etdikdən sonra mütləq elektrik şəbəkəsindən çıxarılması tövsiyə olunan cihazları sıralayıb:

Televizorlar

Televizoru söndürdükdə onun tamamilə sönəcəyini düşünə bilərsiniz. Halbuki müasir ağıllı televizorlar gözləmə rejimində belə enerji sərf edir.

İstehsalçı TCL-yə görə, televizorlar söndürülmüş vəziyyətdə olarkən belə 0.5 ilə 3 vatt arasında enerji sərf etməyə davam edir. Televizorda daim yanan kiçik işıq bu sərfin göstəricisidir.

Enerjiyə qənaət üçün televizorun yuxu rejiminə keçməsini təmin edən ayarları aktivləşdirə bilərsiniz. Lakin real olaraq sıfır enerji sərfiyyatı üçün yeganə həll televizoru elektrik enerjisindən ayırmaqdır.

İnternet modemləri

Modemlər adətən 24 saat açıq qalır, çünki evdə bir çox cihaz daim internet bağlantısından istifadə edir. Lakin modemlər də saatda 5 ilə 20 vatt arasında enerji sərf edə bilər.

ABŞ-da orta elektrik qiyməti kilovattsaat üçün təxminən 13 sent təşkil etdiyi halda, modemi yalnız gecələr söndürmək belə illik bir neçə dollar qənaət edə bilər. Elektrikin daha bahalı olduğu Kaliforniya kimi bölgələrdə isə bu məbləğ daha da yüksək ola bilər.

Tətilə çıxarkən və ya gün ərzində evdə olmayacağınız hallarda modemi söndürmək önəmli ola bilər.

Şarj cihazları

Şarj cihazları istifadə olunmur kimi görünsə də, elektrit şəbəkəsinə qoşulu olduqda enerji sərf edə bilərlər. Şarj prosesi bitsə belə, cihaz şəbəkədə qaldığı müddətcə "damcı şarj” (trickle charging) adlanan proseslə az miqdarda enerji çəkməyə davam edir.

Bundan əlavə, ucuz və keyfiyyətsiz şarj cihazları yanğın riski yarada bilər. Buna görə yalnız qənaət baxımından deyil, təhlükəsizlik baxımından da şarj cihazlarını istifadə etmədikdə elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur.//Qaynarinfo

Oxunub: 224

Son xəbərlər

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər