Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // V hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim. )
Hissə: 1 > 2 > 3 > 4
Nəsihətdən özünə zirehli köynək toxusun.
***
Mənim bu xəzinəm də ləltək etməz yeri dar,
Kimlər oxusa bunu, verəcək onlara bar.
Şairin sənətkarlığını, yaradıcılığını təhlil etmək insandan böyük bilik, səy və bacarıq, peşəkarlıq, ictimai fikrin bugünkü inkişaf səviyyəsinin təhlilini vermək səriştəsi tələb olunur. Bunu bacaran insan bədii əsərlərin tərkib elementlərini öyrənmək yolu ilə sintezdən analizə, analizdən isə asanlıqla sintezə keçir və əsəri təhlil etməkdə, bədii dəyərini verməkdə və qiymətləndirməkdə heç bir çətinlik çəkməz.
Mən peşəkar tənqidçi olmasam da təcrübəli və peşəkar jurnalist kimi Xalidə Hicranın poeziyasını diqqətlə izləyir və hesab edirəm ki, onun yaradıcılığı olduqca qiymətli və faydalıdır, gələcək nəsillərimiz üçün də çox vacib və lazımdır. Burda şair Tofiq Hüseynin bir fikri yadıma düşür: “ Kim idi bizi itirib axtaran, kimin bizdən işi keçir? Yaradıcılığımıza qiymət verəsi adamlarla heç olmasa üz- üzə də gəlmirik ki, üz-üzdən utansın. Redaktəyə ehtiyacı olsa da , vurun məni, öldürün, bu fikirdəyəm ki, Azərbaycan ədəbiyyatında namuslu, vicdanlı, tərəfsiz ədəbi tənqid elə belə, asanlıqla yaranmır. İnanmıram və inanmamışam ki, bir tənqidçi öz ürəyinin hökmü ilə, heç kəsin sözünə qulaq asmadan, ətraf mühiti, elitanı, bütün kimləri və kimsənələri saya salmadan əlinə qələm alıb kimdənsə məqalə, resenziya, yaxud buna oxşayan nəsə bir şey yazsın”.
Tofiq Hüseynin bu fikirləriilə tamamilə razıyam və hesab edirəm ki, onun qeyd etdiyi kimi bu fikir, bu düşüncə ilə xalqına, millətinə onun sənətinə olan bu cür yanaşma və etinasız manasibətlə nəinki dünən və bu gün, hətta sabah da acınacaqli mənzərənin şahidi olacağıq. Bu bizim faciəmizdir. Mən düşünməyə və belə qənaətə gəlməyə məcbur oluram ki, bu cür münasibət tək ədəbiyyatımız üçün deyil, həyatımızın bütün sahələrini əhatə edirsə, deməli, bu düşünülmüş sistemli bir siyasətin nəticəsidir. Bu isə olduqca zərərli və olduqca qorxuludur. Yuxarıda qeyd etdiyimiz kimi belə şəraitdə, belə qeyri- sağlam mühitdə yazıb - yaratmaq və ortalığa ciddi bir əsər qoymaq mümkün deyil.
Sovet İmperiyası dağıldıqdan sonra Azərbaycanda baş verən proseslər, torpaqlarımızın erməni – rus hərbi qüvvələri tərəfindən işğal olunması, xalq hərakatının milli – azadlıq hərakatına çevrilməsi ,hakimiyyət uğrunda mübarizə və s.ölkədə qeyri müəyyənlik və durğunluq yaratmışdı. Hadisələrin belə inkişafı və sonrakı proseslər hələlik heç nə yaxşı vəd etmirdi. Xalidə xanımın dili ilə desək “...vəziyyət elə gətirmişdi ki, sənətə qiymət verilmirdi. Mən və həyat yoldaşım rəssam olduğumuzdan başqa heç nə bacarmırdıq. Odur ki, yaşamaq xatirinə xaricə getməyə məcbur olduq”.
Onu da deyim ki, Xalidə xanımın həyat yoldaşı dünyasını dəyişəndən sonra indi də qızları ilə Birləşmiş Ərəb Əmirliyində - Dubay şəhərində yaşayır. Və artıq uzun illərdir ki, vətəndən, doğma el- obasından uzaqlarda, yad insanlar arasında ömür sürür. Rəssamlıq və bədii yaradıcılıqla məşğul olur. Demək olar ki, hər gün Ağri dağı, Arpaçayı , uşaqlıq illərini keçirdiyi o doğma, əziz yerləri xatırlayır. Xatırlayır və her dəfə də astadan pıçıldayır:
Dağlar, səndə nəyim qaldı?..
Xalidə xanımın həyatı ilə yaxından tanlş olduqda insan heyrətə gəlir. Sevimli həyat yoldaşı, fitri istedadli rəssam Hicran Seyidovun xəstəliyi və müalicəsi ilə əlaqədar 5 il Sinqapur ölkəsində yaşamış, işləmiş, bütün əziyyətlərə və çətinliklərə böyük fədakarlıqla sinə gərərk bu yad və uzaq diyarda uşaqlarının maddi cəhətdən korluq və əziyyət çəkməsinə yol verməmiş və hətta öz bədii yaradıcılığını uğurla davam etdirmişdir. Aqillər deyirlər ki, dünyada ən böyük, şərəfli, ləyaqətli və fədakar qadın həyat yoldaşının yoxluğundan sonra bu yoxluğu uşaqlarına hiss etdirməyən, bütün ağırlığı öz üzərinə götürən qadındır. Xalidə xanım uşaqlarına Amerikada, İngiltərədə, Fransada yüksək ali təhsil verən bir xanımdır. Bunu ona görə deyirəm ki, həyatda sözü ilə əməli düz gəlməyən və heç bir mənsəb sahibi olmayan elə insanlar var ki, başqalarına öyüd- nəsihət verməyi, ağıl öyrətməyi sevirlər. Bunlar yuxarlda qeyd etdiyimiz kimi sözü- söhbəti ilə əməli, işi- gücü düz gəlməyən və ancaq böyük- böyük danışan insanlardır. Mən Xalidə Hicranı kimlərləsə müqayuisə etmək fikrində deyuiləm, amma onu vurğulamaq istəyirəm ki, Xalidə xanım heç kimə bənzəməyən, heç kimi təqlin etməyən öz sözü, öz lçi,öz dünyası olan şairdir. Böyük şərəf və ləyaqət sahibidir. Çəkinmədən deyerdim ki, Xalidə Hicran elə bir insandır ki, onunla söhbət etdikcə, onu dinlədikcə qürurlanır və belə milli ləyaqətli və qeyrətli xanimlarımızla fəxr edirəm. Mən olduğum yerıərdə, xarici ölkələrdə, harda yaxşı bir insan görəndə qısqanırdım və öz-özümə düşünürdüm ki, kaş bu Azərbaycanlı olaydı. Amma Xalidə xanımı tanşyandan sonra belə hisslərdən uzaqlaşdım. Çünki Xalidə Hicran gördüklərimin, tanıdıqlarımın ən yaxşısı və əvəzolunmazı idi. Xalidə xanımı yaxından tanıyandan sonra məndə belə bir fikir formalaşdı ki, insan savadlı olanda, dünyanı, təbiəti dərk edəndə, əsil həyat həqiqətlərini dərindən biləndə, öz daxli gücünə, enerjisinə yaxından bələd olanda və inananda, daxili imkanlarını düzgün qiymətləndirəndə Cənab Allahın verdiyi ömrü cəmiyyət üçün, insanlar üçün daha faydalı və vacib işlərə sərf etməyə çalışır.
Xalidə Hicran bir rəssam kimi öz sözünü demiş, deyir və onun təsviri sənət nümunələri respublikamızın muzeylərində və idarələrində, xarici ölkılırdə və fərdi evlərdə saxlanılır və nümayiş etdirilir. Şairlik, şeirə, sənətə məhəbbət sonradan yaranmış bir hiss, bir sevgi deyil, bu, Cənab Allahın ona verdiyi elə bir istedad və elə bir bacarıqdır ki, lap gənc yaşlarından, hələ Rəssamlıq Məktəbində oxuduğu illərdən yazmağa başlamışdır.Lakin müəyyən səbəblərdən üzə çıxarmırdı və hesab edirdi ki, hələ bunun öz zamanı var. Bu, onun təvazökarlığından irəli gəlirdi. Təvazökarlıq və bir çox mənəvi dəyərlər bədii yaradıcılığında olduğu kimi rəssamlıqda da ona mane olurdu. Çünki Xalidə xanım mənəvi və insani dəyərləri hər şeydən üstün tutur və hesab edirdi ki, bu böyük dəyərləri insana Allah verib və onu heç nə ilə əvəz etmək və dəyişmək olmaz. Şair şeirlərinin birində yazir :
Abır – həya vacibdir bütün bəzək – düzəkdən.
O kəsdən doymaq olmaz qəlbii gözəldirsə.
Bir də görəssəm ki, çevrilmisən dərvişə
***
Zəif iradəlilər söz versə də hər dəfə
Heç zaman o zəiflər yetişməzlər hədəfə.
Bütün bunlar – müsbət insan obrazı , ictimai mənafe, haqq və ədalət Xalidə Hicranın poetik yaradıcılığının əsas ideya xəttini təşkil edir. Onun zəngin həyat təcrübəsi, yüksək bədii və fəlsəfi dərki cəmiyyətimizi, bütövlükdə dünya ictimaiyyətini düşündürən və maraqlandıran İNSAN amili məsələsini elə şəkildə, elə üslub və dildə, eıə poetik və bədii səciyyədə təqdim edir və çatdırır ki, oxucu çox asanlıqla onun təsiri altına düşüb bəhrələnir. Xalidə xanım bir həqiqəti göstərmək istəyir ki, insan nə qədər yaxşı tərbiyə olunsa, nə qədər uca, təmiz, saf fikirlərlə yaşayıb fəaliyyət göstərsə cəmiyyət bir o qədər faydalanar və xeyir götürər.
Xalidə Hicranın bədii idrak və üslubu üçün səciyyəvi bir cəhət şeir və qəzəllərində aydın şəkildə nəzərə çarpır ki, o insana çox həssas, ehtiyatlı və mürəkkəb psixoloji rənglərin ən müxtəlif çalarları ilə təsir edib öz istəyinə nail olur. Sadəlik, aydınlıq, xalq təfəkküründən süzülüb gələn obrazlıq ən böyük həyatı gözəllik olan təbiliyin açarına çevrilir, Xalidə Hicran poeziysının gözəlliyini, dəyərini, qiymətini və onun təsir qüvvəsini daha da artırır, oxucuların qəlbinə asanliqla yol tapır. Həqiqi sənət nümunəsinin və bədii əsərin mərkəzində bir əxlaqi ideal durur.Bu əxlaqi ideal və şair qayəsinin ictlmai əhəmiyyəti, sözün deyiliş tərzi, bədii ifadə formasının mükəmməlliyi geniş oxucu kütləsinin rəğbətini qazanır və uzun ömürlü olur.
Xalidə xanımın bədii yaradıcılığına istiqamət verən və onu daxilən bu sahəyə yönəldən qüvvə, əgər bir tərəfdən onun xalqına və ümumən insanlara olan böyük sevgisidirsə, digər tərəfdən Ulu Tanrının verdiyi təbii istedad və yüksək ali dərkdir. O, bütün əzab- əziyyətlərə, narahat günlərə, yuxusuz gecələrə qatlaşaraq Cənab Allahın bəxş etdiyi bu dəyərləri, öz ömrünün- günün hesabəna belə başa gəlsə də, dərin məzmunlu poteik nümunələrə çevrib insanlara hədiyyə edir.
Xalidə Hicran yaradıcılığının ən gözəl və ən uğurlu cəhətlərindən biri, onun sadə, təbii xalq dilində, hamının, hər bir insanın asanlıqla başa düşəcəyi bir formada yazması və beləliklə də istədiyi fikri, ifadəni asanlıqla çatdırmaq istedadındadır. O, ağlın, məntiqin gücündən, xalq yaradıcılığı incilərindən çox məharətlə bəhrələnərək sözün gözəlliyini və onun mənasını dolğun və dəyərli fikirlərə çevirib çox böyük məhəbbətlə sevimli oxucularının mühakiməsinə verir. Eyni zamanda onları real həyat həqiqətlərini əks etdirən bu fikirlərə, dərin mənalı hikmətli sözlərə əməl etməyə çağırır. Əgər dahi Nizami Gəncəvi “ Leyli və Məcnun” əsərinin girişində - müqəddiməsində deyirsə ki :
Ata nəslhəti faydasız olmaz.
Bu kitabı vərəqlə ki, bəlkə məsə öyrənəsən.


