AAYDA-nın vəzifəli şəxsi Prado ilə sərxoş halda saxlanılıdı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istinad məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus “Toyota Prado” markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri – ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.(Qaynarinfo)

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər