gundem / iqtisadiyyat / Cəmiyyət
13.08.2025
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: 305 min manat nəyə xərclənəcək?
Dövlət Turizm Agentliyi bir gündə iki tenderinin nəticələrini açıqlayıb.
"dogruxeber.tv" Tribunainfo.az - a istinadən xəbər verir ki, həmin tenderlərdən biri Agentliyin inzibati binasında qazanxana, nasosxana isitmə və soyutma sistemləri ilə bağlı texniki xidmətləri əhatə edəcək.
Həmin müsabiqənin qalibi olan “STORM-ENGINEERING” MMC bunun müqabilində 38 min 302 manat ödəniş alacaq.
Agentliyin inkinci tenderi isə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Arxeoloji sərgi mərkəzi”nin yaradılması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, “ATASHGAH ART CENTER” MMC-nin həyata keçirəcəyi işin dəyəri isə 267 min 777 manat təşkil edəcək.
Sarkisyanın kürəkəni: “İrəvan Bakının bütün tələblərini yerinə yetirib”



