Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Azərbaycan Tibb Universiteti (ATU) “Tibb” ixtisasının illik təhsil haqqını 2000 manat artırıb. Yəni bundan sonra sözügedən ixtisas üzrə ödənişli əsaslarla təhsil alan tələbələr universitetə illik 6500 manat pul ödəyəcəklər. Bu da 6 illik təhsil müddəti ərzində 39 000 manat edir.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, ATU-nun bu qərarı heç də birmənalı qarşılanmayb və sosial şəbəkələrdə yeni qərarı tənqdi edənlər də olub.

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Pediatr Vaqif Qarayev bu qərar qarşı çxanlardandır. O bildirib ki, imkanı aşağı olan ancaq övladı bu ixtisası istəyən və qəbul olan valideynlər əziyyət çəkəcək:

“Tibb Universitetinin “Tibb” fakültəsində təhsil haqqı 2000 manat artırılaraq 6500 manat olub. Yəni həkim olmaq istəyən 6 il ərzində 39000 (otuz doqquz min!!!) manat ödəməlidir. Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək.
Ödənişsiz oxumaq istəyənlər 650+ bal toplamalıdır. Hər il belə olur. Amma bir məsələ var ki, ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur axı. Ona görə valideynlər bu qədər xərci qarşılamaq üçün xeyli əziyyət çəkəcəklər.
İndi gözləyək, təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaqmı, yoxsa imkanı olan yenə diplomu götürüb xaricə qaçacaq?”.

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Jurnalist Naibə Qurbanova isə bildirib ki, onsuz da bu gün Azərbaycanda tibb təhsili almayanlar da əməliyyat edə bilir:
“Səhiyyə Nazirliyinin yerinə olsam, diplomsuz fəaliyyət göstərən həkimlərlə “mübarizə” aparmaq əvəzinə onlara fəxri adlar, mükafatlar verərəm. Bunların diplomu yoxdur hələ belə xarüqələr yaradırlar, görün olsa, nələr edərlər.
Tibbdə təhsil almağın qiyməti də bu ildən ikicə min artıb. Bir halda ki, bu əməliyyatları təhsil almadan da etmək olur, xalxı niyə xərcə salırsınız?”.

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Jurnalist Fərid Şahbazlı da təhsil haqqının bu qədər qaldırılmasının əleyhinədir. O bildirib ki, minimum əmək haqqı miqdarında maaş alan ailə bütün illik gəlirini təhsil haqqına yönəltsə belə tələb olunan məbləğə çatmır:
“Orta əmək haqqı alan ailələr isə gündəlik zəruri xərclərini qarşıladıqdan sonra bu məbləği toplamaq üçün böyük məhrumiyyətlər hesabına qənaət etməlidir.
Bu isə ali tibbi təhsilin əhalinin böyük bir hissəsi üçün real əlçatanlığını məhdudlaşdırır və ölkənin intellektual potensialının formalaşmasına mane olur.
Unutmaq olmaz ki, universitetin əsas xərclərinin böyük hissəsi dövlət tərəfindən maliyyələşdirilir – infrastruktur, laboratoriyalar, akademik heyətin maaşları və digər əsas xərclər dövlət büdcəsindən qarşılanır. Belə olan halda qalan maliyyə yükünün tam şəkildə tələbələrin üzərinə qoyulması doğru yanaşma deyil.
Dünyada ali təhsil müəssisələrinin uğurlu maliyyələşmə modeli yalnız təhsil haqlarına söykənmir. Tədqiqat qrantları, beynəlxalq layihələr və universitetin elmi-texnoloji məhsullarının kommersiyalaşdırılması əsas gəlir mənbələrini təşkil edir.
Hə, bir də o sual yaranır: Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

Bütün xəbərlər