Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib

dogruxeber.tv: - “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üzrə 17.02.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.037.337,5 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portlında 14.08.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən nəzərdə tutulmuş sel və daşqın sularından mühafizə üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 3.416.845,76 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “BƏYAZ İNŞAAT” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı qiymət təqdim etmiş “BƏYAZ İNŞAAT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bəs Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin qalib seçdiyi “BƏYAZ İNŞAAT” MMC haqqında daha nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT” (VÖEN- 2001329971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 16.10.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 318 708 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisinin isə Yusif Eldar oğlu Yusifli olduğu göstərilir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 2008-ci ildə İbrahimov Raqif Tapdıq oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Raqif İbrahimov kimdir?

O, 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışıb. 17 dekabr 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.

Medianın 2010-cu ilin sentyabrında yaydığı məlumata görə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının 2010-cu ildə parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını nəzərdən keçirib və siyahını təsdiq edib. Həmin siyahıda İbrahimov Raqif Tapdıq oğlu 41 saylı Sumqayıt birinci seçki dairəindən AMİP-in namizədi olub.

Bəs MMC-nin hazırki qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli kimdir? Adı bir çox şübhəli satınalmalarda hallanan “Enerji Constraction”MMC-nin təsisçisi. Qeyd edək ki, Yusif Yusifli ötən il “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İni görəsən, Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş sahibkar Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”n rəhbərliyi ilə hansı şərtlərlə razılığa gələrək 3 milyon yarım manat ehtimal qiyməti olan tenderdə 2 milyon manat təkliflə qalib çıxıb?

Xatırladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin direktoru Məmmədov Samir Teymur oğludur. O, Zaur Mİkayılov yeni vəzifəyə gəldikdən sonra, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir. // Aktualinfo.org

Son xəbərlər

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Bütün xəbərlər