Diplomlu işsizlərin sayı niyə artmaqdadır?

Ali təhsilli gənclər ölkənin gələcəyi hesab olunur. Amma reallıqda bu gələcək ya işsiz, ya da sahəsindən tam uzaq və ixtisasına uyğun olmayan sahələrdə fəaliyyət göstərmək məcburiyyətində qalır. Diplom almaq uzun illər zəhmət, pul və ümid deməkdir. Amma min bir çətinliklə ali məktəbi bitirən gənc, əmək bazarında yer tapmaq üçün illərlə sürünmək zorunda qalır.

dogruxeber.tv” olaraq bu problemin kökünə nəzər saldıq və ortaya çıxan mənzərə olduqca narahatedicidir.

Ənənəvi rəsmi açıqlamalarda işsizlik səviyyəsinin aşağı salındığı, gənclər üçün imkanların artdığı bildirilir. Amma real həyatda bu “azalan işsizlik” statistikasında minlərlə diplomlu işsiz nəzərə alınmır. Çünki onlar ya qeydiyyatda deyil, ya da “özəl sektorda işləyir” adı altında qeyri-rəsmi, hüquqsuz və qeyri-ixtisaslı işlərdə çalışırlar. Rəqəmlər gerçək mənzərəni əks etdirmədikdə, problem də görünməz hala gətirilir.

Əmək bazarında təklif olunan vakansiyalarla universitetlərdə verilən ixtisaslar arasında uçurum var. Məsələn, hər il minlərlə hüquqşünas, jurnalist, iqtisadçı, pedaqoq hazırlanır. Amma bu sahələrdə real tələbat ya yoxdur, ya da çox məhduddur. Bu səbəbdən bir çox gənc ixtisası üzrə iş tapa bilməyərək ya satıcı, ya kassir, ya da kuryer kimi işləyir. Bəziləri isə sadəcə ailəsinin hesabına yaşayır. Bu, gəncin potensialının boğulmasıdır.

dogruxeber.tv” olaraq bu barədə apardığımız müşahidələr göstərdi ki, bəzi dövlət qurumları və ya iri müəssisələr vakansiyaları ya daxildə öz adamları üçün saxlayır, ya da işə qəbul prosesində şəffaflıq prinsipini pozur. Açıq müsabiqə, obyektiv meyarlar və bərabər şans prinsipi kağız üzərində qalır. Bu isə yüzlərlə gəncin potensialına deyil, tanışına, telefon zənginə, “tövsiyə məktubu”na üstünlük verilməsi deməkdir.

Eyni zamanda, ali təhsil sistemi əmək bazarının real ehtiyaclarını nəzərə almadan tələbə qəbul edir. İllərdir eyni fakültələrdə eyni proqramlar tədris olunur. Yeni sahələr – texnologiya, süni intellekt, rəqəmsal təhlil kimi istiqamətlər ya tamamilə yox dərəcəsindədir, ya da formallıqla aparılır. Beləliklə, diplomun özü sadəcə kağız parçasına çevrilir.

Valideyn min bir əziyyətlə övladına diplom qazandırır, gənc özünü inkişaf etdirməyə çalışır, amma sistem o gənci qəbul etmir. Hər yeni məzun nəyin içindən keçəcəyini artıq əvvəlcədən bilir: işsiz qalmaq ehtimalı çox yüksəkdir. Ən acınacaqlısı isə budur ki, bu hal adi və təbii qəbul olunmağa başlayıb.

dogruxeber.tv” olaraq hesab edirik ki, diplomlu gənclərin işsizlik problemi artıq ciddi şəkildə gündəmə gətirilməlidir. Bu, təkcə sosial problem deyil, gələcək üçün təhlükəli siqnaldır. Bilikli, enerjili və məqsədli gənclər sistemdən kənar saxlanıldıqca, ölkənin inkişafı barədə danışmaq da formal bir yanaşmaya çevriləcək.

Son xəbərlər

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Bütün xəbərlər