???? Statistikada İş Var, Həyatda Yox – Rəqəmlər Reallığı Əks Etdirmir

Azərbaycanda rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi 5 faiz ətrafında göstərilir. Bu göstərici beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Lakin gündəlik həyat və ictimai müşahidələr tamam fərqli bir mənzərə ortaya qoyur. Əmək qabiliyyətli əhalinin böyük hissəsi real işsizdir, yaxud da nominal olaraq çalışır, amma faktiki gəlir əldə etmir.

"dogruxeber.tv" olaraq aparılan araşdırmalar göstərir ki, xüsusilə regionlarda və gənclər arasında işsizlik səviyyəsi rəsmi rəqəmlərdən qat-qat yüksəkdir. İqtisadi fəal əhali sırasında qeydiyyatda olanların böyük hissəsi uzun müddətdir stabil və rəsmi gəlirə malik deyil. Bir çox hallarda insanlar “özünüməşğul” kimi təqdim olunur, amma nə vergi ödəyirlər, nə də faktiki iş fəaliyyəti göstərirlər. Bu cür qeyri-müəyyən təsnifatlar statistikanı süni şəkildə “gözəgəlimli” göstərir.

Rəsmi orqanlar “məşğulluq proqramları”, “mikro sahibkarlığın təşviqi” və “ictimai işlər” kimi layihələri əsaslandırıcı fakt kimi göstərsələr də, bu layihələrin əhatə dairəsi çox məhduddur və davamlılıq göstərmir. Bir çox insan müvəqqəti işlərlə məşğul olur, işdən çıxarıldıqdan sonra yenidən işsizliyə qayıdır. Dövlətin təqdim etdiyi rəqəmlər isə bu prosesləri əks etdirmir.

"dogruxeber.tv" redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, bəzi müəssisələrdə işçilər rəsmi olaraq qeydiyyata alınsa da, əməkhaqqı verilmir və ya rəsmi maaş real gəlirdən qat-qat aşağı göstərilir. Bu da bir tərəfdən vergi sisteminə, digər tərəfdən də sosial təminat sisteminə zərbə vurur. Real gəliri olmayan, lakin “işləyir” kimi görünən insanlar həm təqaüd hüququndan, həm də sosial yardımlardan məhrum qalır.

İşsizlik yalnız bir iqtisadi göstərici deyil, həm də sosial gərginliyin əsas səbəblərindən biridir. Gənclərin iş tapa bilməməsi onların ölkədən getməsinə, sosial passivliyə və psixoloji gərginliyə səbəb olur. Ən təhlükəlisi isə budur ki, əhalinin dövlətə inamı sarsılır. İnsanlar rəsmi rəqəmlərə və vədlərə deyil, real həyat təcrübəsinə əsaslanır.

Əgər işsizlik rəqəmləri kağız üzərində yaxşı görünürsə, bu, yalnız statistik görüntüdür. Reallıqda isə minlərlə insan səhər evdən çıxır, amma hara gedəcəyini bilmir.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər