Ruhun çəkisi varmı? 21 qram nəzəriyyəsi

İnsan bədəni dünyanı tərk edəndə, bəs ruh hara gedir? Bu sual bəşəriyyətin min illərdir axtardığı cavabdır. Ölüm anında baş verənlər, ruhun varlığı və onun bədənlə əlaqəsi, həm dini baxışların, həm də elmi təhlillərin mərkəzində olub. Ən maraqlı iddialardan biri isə ruhun fiziki çəkisinin olub-olmaması ilə bağlıdır.

dogruxeber.tv” olaraq bu məsələni tarixi faktlar və elmi yanaşmalar əsasında araşdırdıq.

1907-ci ildə amerikalı həkim Dunkan MakDuqal çox mübahisəli və bir o qədər də məşhur olan bir təcrübə həyata keçirdi. O, ölümcül xəstə olan 6 nəfəri çarpayı ilə birlikdə xüsusi hazırlanmış həssas tərəzidə izləyərək, ölüm anında çəkilərində fərq yarandığını qeyd etdi. Həkimin müşahidələrinə əsasən, insan bədəni öldüyü anda təxminən 21 qram itirirdi. O, bu fərqin səbəbini “ruhun bədəni tərk etməsi” ilə izah etdi. Elə bu təcrübədən sonra bu fikir “21 qram nəzəriyyəsi” adı ilə tarixə düşdü.

MakDuqalın iddiası bir çoxlarını həyəcanlandırsa da, elmi dairələr tərəfindən ciddi tənqidlərə məruz qaldı. Çünki təcrübənin metodologiyası qeyri-dəqiq, iştirakçı sayı çox az, nəzarət mexanizmləri isə zəif idi. Üstəlik, bədəndən çıxan tər, qaz və digər fiziki dəyişikliklər nəzərə alınmamışdı. Buna baxmayaraq, “21 qram” anlayışı xalq arasında elə yayıldı ki, artıq bir çox mədəniyyətlərdə “ruhun çəkisi” kimi qəbul olundu.

dogruxeber.tv” olaraq müşahidə etdik ki, bu fikir təkcə elmdə yox, ədəbiyyat, film və sənətdə də geniş əksini tapıb.

Məsələyə din prizmasından baxdıqda, ruhun çəkisi ilə bağlı konkret rəqəmlər və ya təsvirlər yoxdur. Ruh metafizik, yəni maddi ölçülərlə ifadə olunmayan bir varlıq kimi təqdim olunur. İslam, Xristianlıq və digər dinlərdə ruhun varlığına inanılır, amma onun bədənə fiziki təsiri, çəkisi və ya ölçüsü ilə bağlı dəqiq təsvir yoxdur. Bu, bir qədər də insan ağlının qəbul edə bilmədiyi, yalnız inamla izah olunan sahəyə aiddir.

Elmi tərəfdən isə bu günə qədər heç bir ciddi tədqiqat ruhun çəkisinin varlığını sübut edə bilməyib. Hətta müasir tibbi cihazlar və neyroelmi analizlər də insanın “can vermə anı”nı və orqanizmdə baş verən dəyişiklikləri texniki baxımdan izah etsə də, ruhun ayrılması və ya çəkisi kimi anlayışlar elmi təhlildən kənarda qalır. Ən müasir texnologiyalar belə ruhu “çəkə” bilmir.

Amma bir həqiqət var ki, ölüm anı və onunla bağlı yaşanan hisslər, müşahidələr və fərdi təcrübələr bu mövzunu daim aktual saxlayır. Ruhun varlığı bir inam məsələsi olsa da, onun çəkisinin olub-olmaması hələ də həm elmi, həm də fəlsəfi müstəvidə cavabsız suallardan biridir.

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər