Tələbə kirayələri: qiymətlər od tutub yanır, nəzarət haradadır?

Yeni tədris ilinə sayılı günlər qalıb. Valideynlər və tələbələr üçün isə bu dövr əvvəlki illərlə müqayisədə daha çətin, daha gərgin keçir. Əvvəlki illərdə yalnız təhsil haqqını qarşılamaq problem idisə, indi tələbənin yaşayışı üçün əsas olan kirayə, ərzaq, geyim və digər gündəlik xərclər əsl yükə çevrilib. Kirayə mənzil bazarındakı qiymət artımı, ali məktəblərdə təhsil haqlarının yüksəlməsi və ümumilikdə həyatın bahalaşması tələbə ailələrini çətin duruma salıb.

dogruxeber.tv” olaraq bu mövzuya dərindən baxdıq.

Bakı başda olmaqla, iri şəhərlərdə kirayə mənzil bazarında qiymətlər son 2 ildə kəskin artıb. Əgər əvvəlcə tələbələr 300-400 manat arasında ev tapa bilirdisə, indi ən ucuz mənzil belə 500 manatdan başlayır. Qeydiyyatsız, şəraitsiz və ya bir neçə nəfərlə birlikdə yaşamağa məcbur edən evlər belə yüksək qiymətlə təqdim olunur. Ev sahibləri sentyabr ayını “gəlir mövsümü” hesab etdiklərindən, qiymətləri süni şəkildə artırırlar. Bu sahədə heç bir nəzarət, tənzimləmə mexanizmi yoxdur.

Təkcə mənzil kirayəsi deyil, təhsil haqları da bahalaşıb. Dövlət universitetlərinin bir çoxunda illik ödənişlər 100-300 manat arası artırılıb. Bəzi özəl universitetlərdə isə bu artım daha kəskin hiss olunur – 3 000 manatdan 5 000 manata qədər yüksələn fakültələr var. Maraqlıdır ki, bu artımlar heç bir ciddi infrastruktur yeniliyi, tədris keyfiyyətində dəyişiklik və ya müəllim heyətinin səviyyəsində yüksəliş olmadan tətbiq olunur.

Üstəlik, qiymət artımı yalnız kirayə və təhsil haqqı ilə bitmir. “dogruxeber.tv” olaraq apardığımız monitorinq göstərdi ki, 2023-cü ilin sonundan bu yana əsas ərzaq məhsulları – çörək, yağ, süd məhsulları və toyuq ətinin qiyməti 15-40% arası, geyim və məişət əşyaları isə 20-50% arası bahalaşıb. Tələbə üçün bu artımlar real yaşayış xərclərini ikiqat artırır. Universitetə daxil olmaq nə qədər çətindirsə, oxumaq və yaşamaq ondan qat-qat daha çətin hala gəlib.

Ən pisi isə odur ki, bu vəziyyətlə bağlı heç bir dövlət qurumu açıqlama vermir. Qiymətlərin hansı əsasla artdığı, tənzimləmənin nə vaxt aparılacağı ilə bağlı rəsmi mövqe yoxdur. Mənzil bazarında nəzarət yoxdur, təhsil haqlarının artımına heç bir ictimai müzakirə aparılmadan qərar verilir. Bütün yük isə tələbənin və onun ailəsinin çiyinlərinə düşür.

dogruxeber.tv” olaraq hesab edirik ki, bu vəziyyətin davamı sosial narazılığı daha da artıracaq. Tələbə yalnız oxumaq yox, yaşamaq da istəyir. Amma bu şəraitdə yaşamaq deyil, güclə tab gətirmək olur.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

Bütün xəbərlər