Kirayə evlərin qiymətində artım – Gənclərin yaşayış problemi dərinləşir

Bakıda kirayə ev qiymətləri sürətlə artır. Bu artım xüsusilə gənclər üçün mənzil problemi yaradır. Yeni ailə quranlar, tələbələr, təzə işə başlayan gənc mütəxəssislər münasib qiymətə kirayə mənzil tapmaqda ciddi çətinlik çəkirlər.

"dogruxeber.tv"ın araşdırmasına əsasən, Azərbaycan əmlak bazarında son bir ildə qiymətlərdə 20-30 faiz arasında artım qeydə alınıb. Ən çox bahalaşma Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə müşahidə olunur. Xüsusilə Bakı kirayə mənzil bazarı tələbə axını və əmlak təklifi arasında balanssızlıq səbəbindən kəskin dəyişib.

Məsələn, ötən il 1 otaqlı mənzillər Bakıda orta hesabla 350 AZN civarında idisə, 2025-ci ilin yay aylarında bu rəqəm artıq 450-500 AZN-ə çatıb. Eyni tendensiya digər şəhərlərdə də izlənir.

Əmlak məsələləri üzrə ekspertlər bildirirlər ki, kirayə qiymətlərində artım təkcə inflyasiya ilə deyil, həm də əmlak bazarına nəzarətin zəif olması ilə bağlıdır. Bəzi ev sahibləri süni şəkildə qiymətləri qaldırır və real bazar dəyərlərinə uyğun olmayan məbləğlər tələb edirlər.

Tələbələr üçün ev problemi isə xüsusi vurğulanmalıdır. Universitetlərdə əyani təhsil tam bərpa olunduğundan tələbə sayı artıb, lakin tələbə yataqxanalarının sayı ehtiyaca uyğun deyil. Bu da tələbələri şəxsi evlərə üz tutmağa məcbur edir.

Yeni ailə quran Səbinə Quliyeva "dogruxeber.tv"a deyir: “İki otaqlı normal ev üçün ən azı 600 manat istənilir. Aylıq gəlirimiz bu qədər kirayə və kommunal xərcləri qarşılamağa çatmır.”

Azərbaycan kirayə bazarı hazırda nəzarətsiz şəkildə genişlənir. Ekspertlər bildirirlər ki, dövlət tərəfindən gənclər üçün sosial kirayə proqramları yaradılmasa, bu problem daha da dərinləşəcək. Eyni zamanda, bakıda ucuz kirayə evlər mövcud olsa da, onların əksəriyyəti yaşayış üçün yararsız vəziyyətdədir.

Son xəbərlər

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

Bütün xəbərlər