Gün kimi  aydın  qanunsuzluqlar,  susan qurumlar: Qobu bələdiyyəsində nələr  baş verir?

"DoğruXeber.az"a daxil olan məlumatlara əsasən, Qobu Bələdiyyəsinin fəaliyyəti ətrafında ciddi şübhələr və narazılıqlar mövcuddur. Redaksiyamızın apardığı araşdırmalar göstərir ki, illərdir qəsəbədə qanunsuz torpaq satışı, torpaqların zəbt olunması və “ata mülkü” kimi istədiklərinə paylanması hallarına rast gəlinir. Daha acınacaqlısı isə odur ki, bütün bu faktlara dair aidiyyəti dövlət qurumlarına – Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ədliyyə Nazirliyinə edilən müraciətlər, göndərilən sorğular hələ də lazımi reaksiya doğurmur.

Bu susqunluq, əksinə, bələdiyyənin “qorucu mələkləri”nin mövcudluğunu, yəni qanunsuz əməllərin ört-basdır edilməsində maraqlı dairələrin olduğunu ehtimal etməyə əsas verir. Təəssüf ki, ortada gün kimi aydın dəlil və sübutlarla təsbit olunan qanunsuzluqlara baxmayaraq, məsul şəxslər açıq şəkildə müdafiə olunur. Bu isə həm cəmiyyətin hüquq-mühafizə orqanlarına inamını zədələyir, həm də Qobu sakinlərinin haqlı narazılığını artırır.

Bələdiyyə rəhbəri Araz Nəcəfovun adı hallanan qanunsuz əməliyyatların təkcə fərdi məsələ olmadığı, əksinə, müəyyən “müdafiəçilər şəbəkəsi” ilə həyata keçirildiyi barədə də əsaslı şübhələr var. Çünki araşdırmalar göstərir ki, onun ətrafında duran şəxslərin özləri də az qala eyni qanunsuzluqlara imza atır, bu prosesdə vasitəçi rolunu oynayırlar.

Qəsəbə sakinlərinin ən böyük narazılığı isə torpaqların qanunsuz satılması və bölüşdürülməsidir. İnsanların qanuni hüquqları tapdanır, ərazilər zəbt edilir, nəticədə ictimai ədalət hissi sarsılır. Ən təhlükəlisi isə budur ki, bu hallara qarşı lazımi tədbir görülməməsi cəmiyyətin dövlət qurumlarına olan etimadını zəiflətməkdədir.

Biz ümid edirik ki, adlarını qeyd etdiyimiz dövlət qurumları – Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi məsələnin ciddiyyətini nəzərə alacaq, genişmiqyaslı araşdırma aparacaq və Qobu Bələdiyyəsinin qanunsuz əməllərinə hüquqi qiymət verərək, Araz Nəcəfovun məsuliyyətə cəlb olunmasını təmin edəcəklər.

Əks halda, “müdafiə olunan qanunsuzluqlar” cəmiyyətin gözündə dövlətin qanunçuluq prinsiplərinə zərbə vuracaq, ictimai etimadı daha da zəiflədəcək.

P.S. Növbəti yazımızda digər rayonlarda fəaliyyət göstərən bələdiyyə sədrlərinin qanunsuz əməlləri barədə geniş və ciddi məlumatları təqdim edəcəyik. Araşdırmalarımız, qəbristanlıqlarda baş verən vandallıqlar və qızıl kimi ölçü vahidi ilə satılan məzarlıqların halları da daxil olmaqla, ictimaiyyət üçün əhəmiyyətli faktları ortaya qoyacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.tv

Son xəbərlər

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Bütün xəbərlər