gundem / iqtisadiyyat / Cəmiyyət
2.09.2025, 10:30
Dövlət satınalmalarında şəffaflıq çatışmır – vəsait talan olunur
Son illərdə dövlət satınalmalarında ciddi pozuntular ictimaiyyətdə haqlı narazılıq yaradır.
“dogruxeber.tv” xəbər verir ki, bu barədə açıq mənbələrdəki faktlar narahatlıq doğurur.
Açıq mənbələrə əsasən, dövlət satınalmalarında tenderlərin şəffaf keçirilməməsi, bir mənbədən alımların üstünlük təşkil etməsi və sənədlərin düzgün yoxlanılmaması halları hələ də davam edir. Məsələn, tender.gov.az saytında qeyd olunan bir sıra satınalma prosedurlarında qiymətlərin şişirdilməsi, bank təminatının olmaması və seçilmiş təchizatçıların qeyri-şəffaf seçilməsi halları aşkar edilir.
Bu pozuntuların nəticəsində vəsaitlərin talan olunması riski artır və dövlət büdcəsinə ciddi zərər dəyə bilər. “dogruxeber.tv” olaraq hesab edirik ki, açıq mənbələrdəki faktlar göstərir ki, nəzarət mexanizmləri gücləndirilmədikcə, dövlət satınalmalarında şəffaflıq problemi aradan qalxmayacaq.



