23 MİLYON QAZANIB, 4 MİLYON XƏRCLƏMƏK İSTƏMİR... – “Qarabağ”-ın qazandığı pullar hara xərclənir?

dogruxeber.tv: - Azərbaycan futbolunun son illərdəki yeganə uğur hekayəsi sayılan “Qarabağ” uzun illərdən sonra Çempionlar Liqası turnirinə vəsiqə qazanaraq hamımızı sevindirdi. Şübhəsiz ki, bu, həm ölkə reytinqi və futbolu, həm də maliyyə baxımından böyük bir nailiyyət idi.
Açıqlanan məlumata görə, klubun qazandığı ümumi gəlir 23,78 milyon avrodur ki, bunun 18,62 milyonu UEFA-nın bütün iştirakçılara ödədiyi başlanğıc haqqı, qalan təqribən 5 milyonu isə əmsal və bazar payından gəlib. Digər tərəfdən, ölkə başçısı da “Qarabağ”-ın bu uğurunu yüksək qiymətləndirib və kluba 5 milyon manatlıq mükafat təqdim edilib.

23 MİLYON QAZANIB, 4 MİLYON XƏRCLƏMƏK İSTƏMİR... – “Qarabağ”-ın qazandığı pullar hara xərclənir?

Ancaq maraqlıdır ki, klub Çempionlar Liqasından milyonlarla avro qazansa, əlavə maliyyə dsətəyi alsa da, transfer siyasətindəki ehtiyatlı və qənaətcil davranışlarından əl çəkmək istəmir. Bu gün mətbuatda yayılan xəbərlərə görə, “Qarabağ” rəhbərliyi sabiq məhsuldar oyunçusu Olavio Juninyo transferində də eyni cür davranıb.

Özü də bunu klubların turnirdə iştirak edəcək oyunçularının siyahısını təqdim etmə müddətinə sayılı saatlar qalmış, heyətində isə hələ ölkə çempionatı üçün orta səviyyəli hesab olunacaq 2 forvardı – Nəriman Axundzadə və Musa Qurbanlı olduğu bir vaxtda edib.

Belə ki, mediada yayılan məlumata görə, klub rəhbərliyi 5 milyona satdığı Juninyonu “Flamenqo”-nun 4 milyon istəməsinə qarşılıq bu transferdən imtina edib.

23 MİLYON QAZANIB, 4 MİLYON XƏRCLƏMƏK İSTƏMİR... – “Qarabağ”-ın qazandığı pullar hara xərclənir?

Belə ki, "sportinfo.az" xəbər verir ki, Ağdam təmsilçisi "sambaçı"nı icarəyə götürmək istəsə də, "Flamenqo" razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.

Braziliya təmsilçisinin nümayəndəsi "Qarabağ" tərəfinə 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olduqlarını bildirib. O, yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını qeyd edib. "Qarabağ" isə həmin məbləği ödəməkdən boyun qaçırıb.

Bununla yanaşı, Fransanın "Loryen" klubunda çıxış edən forvard Sambou Soumanonu heyətinə qatmaq istəyən Ağdam təmsilçisi burada da eyni “qənatcil” yanaşma fəlsəfəsinə sadiq qalıb.

Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ" 2.5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib. Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmayıb. Onlar S.Soumano üçün 5 milyon avro və müxtəlif bonuslar istəyiblər. "Loryen" hücumçunun "Qarabağ"da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib. Bu səbəbdən hələlik transferin baş tutması real görünmür. Sonradan Fransa klubunun məbləği 3,5 milyon avroya saldığı, ancaq "Qarabağ"ın 2.5 milyon avrodan artıq vermədiyi bildirilir.

Belə çıxır ki, "Qarabağ” rəhbərliyi transfer üçün cəmi 2,5 milyon vəsait ayırıb. Niyə?

Hər halda klub rəhbərliyinə xatırlatmaq yerinə düşər ki, Çempionlar Liqasının səhnəsi sıradan bir turnir deyil. Burada yalnız taktika və intizamla nəticə əldə etmək mümkün olmur, oyunçunun fərdi ustalığı, hücum keyfiyyəti də həlledici rol oynayır. Ona görə də illər sonra belə bir turnirə qatılmağa haqq qazanan klubun 1-2 milyon avro artıq xərc çəkməmək naminə orta səviyyədən aşağı hücumcularla "Liverpul", "Çelsi", "Benfika" kimi klubların qarşısına çıxmaq isəyi ən yumşaq deyimlə "intihara" bərabər bir addım hesab olunmalıdır.

Və həm də untumaq olmaz ki, “Qarabağ” artıq təkcə Azərbaycan çempionu deyil – o, Avropanın ən böyük səhnəsində ölkəni təmsil edən bir brenddir. Bu səbəbdən də yaşanan xoşagəlməzliklər, böyük hesablı məğlubiyyətlər də əlimizdəki yeganə brendə zərbədir.

İndiki durumda “Qarabağ”-ın az da olsa qardaş ölkə təmsilçisi “Qalatasaray”-ın transfer siyasətindən nümunə götürməsi pis olmazdı. Yeri gəlmişkən qapıçı transferində “Mançestr Siti”-də çıxış edən Ederson Moraesi heyətinə qata bilməyən “cimbom” dərhal “Trabzonspor”-da çıxış edən Uğurcan Çakırı dəyərindən bir neçə dəfə artığına – 27, 5 milyon avroya transfer edib. Təkcə bu nümunə eyni turnirdə mübarizə aparacaq bu iki klubun müsabiqəyə və AZARKEŞLƏRİNƏ olan yanaşma tərzini özündə əks etdirir.

Unutmadan əlavə edək ki, klubların turnirin qrup mərhələsində hər qələbə üçün 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro bonus qazanmaq imkanı var. Əlavə olaraq, komanda pley-off mərhələsinə yüksəlsə, gəlirləri qat-qat arta bilər.Yəni, Juninyonun vuracağı qol və ya qollarla “Qarabağ” qələbələr əldə edə, oyunçunun transfer xərcini də bu yolla qarşılaya bilərdi.

Amma reallıq odur ki, klub rəhbərliyi bundan sonra çətin ki, əldə etdiyi 20 milyon avrodan artıq gəliri transferlərə yönəltsin. Çünki bunun üçün artıq nə zaman, nə də istək var. Əsl maraq doğuran məqam odur ki, "Qarabağ" klubunun rəhbərliyi "kassa”sında "bərk-bərk" saxladığı bu vəsaiti hara xərcləyəcək?(Azpolitika)

Oxunub: 362

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər