Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

[sub][/sub]Geodeziya və Kartoqrafiya Agentliyi "A ənd J Holdinq" MMC ilə satınalma müqaviləsi bağlayıb.

"dogruxeber.tv"ın Hurriyyet.az-a istinad məlumatına görə, müqavilədə kondisionerlərə təmir xidmətinin satın alınması nəzərdə tutulur. Təmir işlərinə görə şirkətə 12 512,2 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "A ənd J Holdinq" MMC 24 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşən şirkətin qanuni təmsilçisi Məhərrəmov Fuad Rövşən oğludur.

Mediada gedən məlumatlara görə, "A ənd J Holdinq" MMC deputat Əlibala Məhərrəmzadəyə məxsudur. Əlibala Məhərrəmzadənin 2024-cü ilədək şirkətə rəhbərlik etməsi bu iddianın əsassız olmadığına şübhələri artırır.

Deputat həmçinin "Ukrayna Ticarət Evi" MMC-nin rəhbəri olub. Bu şirkətin də ona məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, Milli Məclisdə 59 saylı Quba seçki dairəsini təmsil edən Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Hazırda "Ukrayna Ticarət Evi" MMC-də səyyar vergi yoxlaması keçirilib və şirkətə 1 149 678.42 manat əlavə vergi, 700 217.03 manat isə maliyyə sanksiyası hesablanıb. Hazırda vergi sistemində "Ukrayna Ticarət Evi” MMC-nin 871 967,52 manat vergi borcu olduğunun göstərilir.

Onu da qeyd edək ki, "A ənd J Holdinq” MMC-nin indiki rəhbəri Fuad Məhərrəmov həm də "Ukrayna Ticarət Ev” MMC-nin qanuni təmsilçisidir. Bəzi ehtimallara görə, Fuad Məhərrəmovla Əlibala Məhərrəmzadə arasında qohumluq əlaqələri var.

Başqa bir maraqlı məqam isə "A ənd J Holdinq” MMC-nin fəaliyyət sferası ilə bağlıdır. Şirkət haqqında açıq mənbələrdə hər hansı məlumat olmadığından onun konkret olaraq hansı sahə üzrə ixtisaslaşdığı bəlli deyil. Amma hər halda 20 milyonluq şirkətin kondisinerlərin təmiri ilə məşğul olması bir qədər inandırıcı görünmür.

Geodeziya və Kartoqrafiya Agentliyi Ekologiya və Təbii Sərvərlər Nazirliyinə tabeli qurumdur. Agentliyin idarə heyətinin sədri Nazim İsmayılovdur.

Son xəbərlər

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Bütün xəbərlər