Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi və ya “Tramp yolu”nun açılması ilə bağlı konkret addımları müzakirə etmək üçün gələn həftə Ermənistana səfər edəcək.

"dogruxeber.tv" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Past” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Gələn həftə amerikalılar “Tramp yolu” və ya “Zəngəzur dəhlizi” kimi tanınan TRIPP layihəsini müzakirə etmək üçün İrəvana gələcək. Söhbət gələcəkdə eyni müddətə uzadılması ehtimalı ilə 99 il (ümumilikdə 198 il) müddətinə ABŞ-yə icarəyə verilən Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan gedir. Ermənistan bu marşrut üzrə Azərbaycan avtomobillərinin maneəsiz keçidini təmin etməyi öhdəsinə götürüb.

Amerikalı qonaqların kimlər olacağı hələlik məlum deyil. Sadəcə bildirilib ki, onlar ABŞ-nin müxtəlif dairələrinin nümayəndələridirlər. Ermənistana hansı dairələrin gələcəyini təxmin etmək çətindir. Qəti şəkildə iddia edilə bilən yeganə şey odur ki, müqavilənin detalları məlum deyil və heç kim bu barədə, xüsusən də dəhlizə nəzarət və icarə barədə danışmaq istəmir.

Müzakirələr qapalı formatda keçiriləcək, qonaqların da baş verənlərlə bağlı erməniləri məlumatlandırmaq vaxtı və istəyi yoxdur. Səfərin təfərrüatları və gündəliyi açıqlanmır. Sadəcə məlumdur ki, məsələ təkcə texniki deyil, həm də siyasi aspektlərə aiddir”, – nəşr qeyd edib.

“Past” hesab edir ki, veriləcək qərarlar regionda yeni logistik reallıq formalaşdıracaq: “Ermənistan yeni faktla üzləşəcək, bu, yeni reallıqdır. ABŞ faktiki olaraq, İranla bütün sərhədimizə nəzarət edəcək. Azərbaycan maşınları Sünikdən maneəsiz keçəcək, Ermənistan isə onları yoxlamayacaq”.

Nəşr Zəngəzur dəhlizinə ABŞ ilə yanaşı, Türkiyənin də nəzarət edəcəyini iddia edib:

“Paşinyanın Sünikə gətirdiyi özəl Amerika şirkətinin arxasında kimin olması xüsusilə maraqlıdır. İqtisadçılar və ekspertlər Türkiyəni Zəngəzur dəhlizinin əsas benefisiarı hesab edirlər. Çünki dəhlizin özəl Amerika şirkətinə icarəyə verilməsi təşəbbüsü də məhz Ankaradan gəlib. Beləliklə, Türkiyənin iştirakı ilə bağlı iddia tamamilə əsaslıdır”.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər