Mənzil problemi: gənclərin sıxılmış həyatı

Son illərdə ölkədə sosial-iqtisadi problemlər fonunda gənc ailələrin qarşılaşdığı ən ciddi çətinliklərdən biri də mənzil probleminin getdikcə daha çıxılmaz hal almasıdır.

dogruxeber.tv” olaraq bu problemin dərinliyinə nəzər saldıqda, aydın olur ki, kirayə bazarındakı süni qiymət artımları, ipoteka şərtlərinin qeyri-real səviyyədə sərt olması və gəlir imkanlarının bu tələblərlə ayaqlaşa bilməməsi səbəbindən bir çox ailə üçün sabah tamamilə qeyri-müəyyən qalır.

Paytaxtda və iri şəhərlərdə mənzil kirayələrinin qiyməti aylıq gəliri güclə dolanan insanlar üçün demək olar ki, əlçatmazdır. Mərkəzdən uzaq ərazilərdə belə, təmirsiz və şəraitsiz evlər üçün tələb olunan məbləğlər orta əməkhaqqı ilə yaşayan bir ailənin aylıq büdcəsinin yarısından çoxunu udur. Nəticədə, minlərlə ailə nə ev ala bilir, nə də kirayədən çıxış yolu tapa bilir. Kirayədə yaşamaq artıq müvəqqəti yox, daimi həyat tərzinə çevrilib.

İpoteka mexanizmləri isə kağız üzərində mövcud olsa da, praktiki baxımdan gənc ailələrin böyük əksəriyyəti üçün istifadəolunmaz vəziyyətdədir. Bankların tələb etdiyi ilkin ödəniş faizi, gəlir arayışları, kredit tarixçəsi və digər şərtlər onu göstərir ki, bu sistem əsasən yalnız yüksək gəlirli və sosial təminatlı təbəqə üçün nəzərdə tutulub. Kredit faizlərinin real bazar dəyərləri ilə deyil, bankların öz maraqları ilə tənzimlənməsi isə vəziyyəti daha da ağırlaşdırır. Bəzən vətəndaşa bir otaqlı mənzil üçün verilən kreditin faiz dərəcəsi, həmin mənzilin real dəyərini bir neçə ilə ikiqat artırır.

Bank sektorunun mənzil ehtiyacını fürsətə çevirməsi, sosial problemdən kommersiya aləti kimi istifadə etməsi də narahatlıq doğuran məqamlardandır. Hələ bunun üstünə gələn sığorta, komissiya və digər məcburi ödənişlər ümumi yükü daha da artırır. Nəticədə insanlar illərlə işləyib, qənaət edib, yenə də mənzil sahibi ola bilmir.

Dövlətin müəyyən sosial ipoteka təşəbbüsləri olsa da, bu imkanlardan faydalana bilənlərin sayı real tələbatla müqayisədə olduqca azdır. Çünki həmin proqramlara qəbul şərtləri də kifayət qədər sərtdir və çox az insan bu çərçivəyə sığır. Tələbat kütləvidir, təklif isə çox məhduddur. Bu səbəbdən ipoteka sistemi də, kirayə bazarı da sadə vətəndaş üçün eyni dərəcədə əlçatmaz qalır.

Bu vəziyyətin uzunmüddətli nəticələri isə həm demoqrafik, həm də sosial baxımdan ciddi risklər yaradır. Ailələr ya evlənməyə gecikirlər, ya da sabit şəraitin olmaması səbəbilə dağılma təhlükəsi ilə üz-üzə qalırlar. Həyatın ən əsas dayaqlarından biri – ev sahibi olmaq – sadə bir arzudan lüks istəyə çevrilir.

dogruxeber.tv” olaraq qeyd edirik ki, mənzil məsələsi təkcə şəxsi problem deyil, bu, cəmiyyətin sabitliyini, sosial rifahını və gələcək nəsillərin dayanıqlılığını müəyyən edən vacib bir məsələdir. Kirayə həyatı qapısı hər an açıla biləcək, amma heç vaxt bağlana bilməyən bir sabah deməkdir. Belə bir gələcəklə cəmiyyətin sağlam şəkildə irəliləməsi isə mümkün görünmür.

Son xəbərlər

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Bütün xəbərlər