Xasiyyətə görə ölkə seçimi

Müasir dövrdə fərdi uyğunluq yalnız şəxsi münasibətlər və peşə seçimi ilə məhdudlaşmır. İnsanların hansı coğrafiyada yaşamaqla daha xoşbəxt və balanslı həyat sürdükləri də fərdi xasiyyətlə sıx bağlıdır. Astroloji analizlərə əsasən, bürclərin xarakter xüsusiyyətləri bəzi ölkələrin həyat tərzi, mədəniyyəti və sosial mühiti ilə daha uyğun gəlir.

DogruXeber.tv” yazır ki, bu uyğunluq insanın gündəlik rahatlığını, emosional stabilliyini və psixoloji rifahını əhəmiyyətli dərəcədə təsir edir. Hərəkətli, dəyişkən və yenilik axtaran bürclər fərqli dinamikaya malik ölkələrdə, sakit və introvert təbiətli bürclər isə daha sabit və dinc mühitlərdə özlərini daha xoşbəxt hiss edirlər.

Məsələn, Qoç bürcü üçün sürətli həyat tərzi, rəqabət və imkanların bol olduğu ABŞ, xüsusilə Nyu-York kimi metropollar uyğun sayılır. Bu bürc üçün enerji axını və daim dəyişən mühit ön plandadır. Bu baxımdan Əkizlər bürcü üçün də Kanada və ya Böyük Britaniya kimi həm intellektual stimullar, həm də multikultural mühit təqdim edən ölkələr uyğundur. Əkizlərin maraq dairəsinin genişliyi və kommunikasiya ehtiyacı bu cür açıq və tolerant cəmiyyətlərdə daha yaxşı qarşılanır. “DogruXeber.tv” qeyd edir ki, Balıqlar bürcü üçün isə İslandiya, Norveç və Yeni Zelandiya kimi təbiətlə iç-içə, sakit və dərinlik təklif edən ölkələr daha münasibdir. Bu bürcün emosional duyarlılığı və introspektiv təbiəti bu tip mühitlərdə balanslanır.

Torpaq bürcləri olan Buğa, Qız və Oğlaq üçün isə İsveçrə, Almaniya və Yaponiya kimi nizam-intizamın, strukturun və etibarlı sistemlərin ön planda olduğu ölkələr daha uyğundur. Buğa üçün sabit iqtisadiyyat və estetik həyat tərzi önəmlidir, Qız detallara və təmizliyə həssasdır, Oğlaq isə məqsədyönlülüyü və karyera imkanlarını yüksək qiymətləndirir. Eyni zamanda Şir və Oxatan kimi optimist və geniş miqyaslı düşünən bürclər üçün İtaliya, İspaniya və Avstraliya kimi isti iqlimli, sosial və həyatsevər atmosferə malik ölkələr uyğun gəlir. Onlar üçün özünü ifadə etmək və sosial əlaqələrin zənginliyi əsas prioritetlərdəndir.

Beləliklə, astroloji xüsusiyyətlərlə ölkə mühitinin uyğunluğu insan həyat keyfiyyətinə birbaşa təsir edə bilər. İnsanın doğum xəritəsi və bürc xüsusiyyətləri ilə uyğun coğrafiyada yaşaması, daxili rahatlıq və uzunmüddətli xoşbəxtlik üçün mühüm amillərdən biri hesab olunur.

Oxunub: 174

Son xəbərlər

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Bütün xəbərlər