İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı

DogruXeber.tv: - Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi üzrə ittiham irəli sürülən sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxılmasının səbəbi açıqlanıb.

İ.İsmayıldan 20 min dolları mənimsənildiyinə görə şikayətçi olan Sumqayıt şəhər sakini Emin Məmmədzadə Pravda.az-a deyib ki, adıçəkilən şəxsə 1 ay müddətinə vaxt verilib.

Onun sözlərinə görə, İlham İsmayıl barədə başqa bir nəfər də şikayət edib: “İlham İsmayıl 170 min ABŞ dolları da həmin şəxsdən alıb. Onu 48 saat saxladılar ki, pullarımızı geri versin. Cinayət işi açıldığı halda İlham İsmayılı azadlığa buraxıblarsa, o demək deyil ki, dələduzluq maddəsi adından götürülüb. O bizə heç bir pul geri qaytarmayıb. Dedi ki, həbsdə ola-ola pulu qaytara bilmərəm, çıxım, evimi, maşınımı satım, pulları qaytarım. İlham İsmayılın şəxsən özünə ötən ilin noyabrında verdiyim 20 min dollar pulumu qaytarmır, 10 aydır, müxtəlif bəhanələrlə oğlu ilə birgə məni aldadır. Buna görə də sentyabrın 12-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi qaldırılıb. İdarədən mənə müstəntiq dedi ki, İlham İsmayılın dilindən izahat alınıb, bir ay müddətində pulu qaytaracaq. Özüm də izahatı oxudum. Müstəntiq bildirdi ki, bir ay müddətində pulu qaytarmasa, bir aya cinayət işi də yekunlaşır, işi məhkəməyə göndərəcəyik, o zaman artıq İlham İsmayıl həbs olunacaq. Özünə də deyildi ki, müəyyən xidmətlərinə görə 48 saatdan sonra azadlığa buraxırıq, pul ödənilməlidir”.

Qeyd: İş məhkəməyə göndərilərsə və faktlar təsdiqini taparsa, İ.İsmayılı beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər