BŞİH-in qışa hazırlığı ucuzlaşdı: 4 il əvvəl eyni duzu niyə 41 faiz baha alıblar?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qışa hazırlıqla əlaqədar olaraq yeni alqı-satqı işlərinə başlayıb.

"DogruXeber.tv"nin İqtisadiyyat.az-dan əldə etdiyi məlumata görə, ilkin mərhələdə qışa hazırlıq yolların qardan və buzdan təmizlənməsi məqsədi daşıyır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi yolların qar və buzdan təmizlənməsi məqsədilə istifadə olunan emal edilməmiş 5000 ton xam duz sifariş edib.

İdarə alqı-satqı ilə bağlı “Fidan-TN” şirkəti ilə 350 min manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub.

Belə ki, ötən ilin noyabrın 1-də 2 000 ton xam duzun müqabilində “FƏZA-F” şirkətinə 248 036 manat vəsait ödənilib.

İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə “FİDAN-TN” şirkətinə 262 199,54 manat ödəniş edib.

2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran “FƏZA-F” şirkətinə 298 702,84 manat ödənilib.

Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib.

Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə “Fidan-TN” şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də “Ramin-AŞ” şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib.

2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən “Şamxal- MQ” şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib.

Beləliklə, cari ildə sifariş edilən duzun 1 tonu 70 manata başa gəlir ki, bu da son beş ilin ən aşağı qiymətidir. Əvvəlki illərdə eyni məhsulun 1 tonu 110–130 manat arasında dəyişib. Ən yüksək qiymət 2022-ci ildə (2300 ton üçün ≈129,87 manat/ton) olub. İdarə 2021-ci ildə texniki duzun 1 tonunu eyni şirkətdən 120 manata alıb.

Bu isə o deməkdir ki, İdarənin 2021-ci ilə müqayisədə cari ildə eyni şirkətdən eyni həcmdə aldığı duzun qiyməti təxminən 41.7% azalıb.

Son xəbərlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Bütün xəbərlər