Səbail RİH-in texnikaları satışa çıxarılacaq – Borca görə müsadirə olunub…

Səbail Rayon İcra Hakimiyyətinin tabeçilyində fəaliyyət göstərən qurumun əmlakları vergi borcuna görə satışa çıxarılacaq.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Baki İnzibati Məhkəməsində qərar qəbul edilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə – Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunub.

Müraciətdə bildirilib ki, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İcbari Tibbi Sığorta Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödənilməmiş 71800 manat borcu var. Həmin borc dəyərində birliyə məxsus texnikalar müsadirə edilib.

Məhkəmədə idarəyə məxsus 71800 manat məbləğində əmlakların İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan tərəfindən satılması barəsində qərar qəbul edilib. Satışdan artıq qalan məbləğ Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qaytarılacaq.

Dövlət Vergi Xidmətinin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 1.436.693,54 AZN-dir. Sözügedən idarənin rəisi 2020-ci ildən Həsənov Elçin Alşan oğludur.

Qeyd edək ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09.02.1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 17.02.1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb. Hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovdur.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər