gundem / siyaset
14.10.2025, 17:21
Prezident İlham Əliyev daha bir qanunu imzalayıb
Prezident İlham Əliyev İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Dogruxeber.tv xəbər verir ki, bununla bağlı sənəd bu il mayın 22-də Əlcəzairdə imzalanıb.
Sənəddə Azərbaycan hökumətini İqtisadiyyat Nazirliyi təmsil edib.



