Ramiz Mehdiyevin halı PİSLƏŞİB

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni xəbər var.

Mehdiyevə yaxın çevrədən Modern.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında media və sosial şəbəkələrin gündəmi olan akademikin halı pisləşib. Hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stress səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir.

Verilən məlumata görə, 87 yaşlı R.Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir göstərdiyi xüsusi vurğulanır.

Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə cinayət işi başladılıb.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib. O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.

R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.

Oxunub: 287

Son xəbərlər

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər