gundem / iqtisadiyyat / Mədəniyyət
18.11.2025, 17:00
Cəfər Cabbarlının heykəlinin bərpasına 15 min lazımdır - "Azərbaycanfilm"dən çağırış
DogruXeber.tv: - Azərbaycan Kinematoqrafçılar Birliyi "Azərbaycanfilm" kinostudiyasının həyətində ucalan Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması ilə bağlı aidiyyatı qurumlara çağırış edib.
İttifaqın katibi Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Cəfər Cabbarlının heykəli təcili bərpa olunmalıdır:
"Bu heykəl bir simvoldur, təcili bərpa olunmalıdır. İlkin hesablamalara görə, 15.000 manat civarında vəsait lazımdır. Təkcə abidə yox, studiyada iş otaqlarını artırmaq məqsədi ilə cari təmir də başlamalı, etalon ekran olan rəng həlli studiyası da yaradılmalıdır. Ümumiyyətlə, səs və təsvir cəhətdən etalon ekranı olan məkanı ancaq Mədəniyyət Nazirliyinin köməyi ilə "Azərbaycanfilm"də yaratmaq olar".
Əli İsa Cabbarov vurğulayıb ki, studiyanın girişi də təmir olmalıdır:
"Kapital təmir gözləyə bilər, amma iş otaqlarının çoxalması, etalon ekranlı zalları indi də yarada bilərik. Studiyanın girişi də təmir olmalıdır. Bu çox vacibdir, kinoya inamı artırar".

