Yeni ildə neçə gün iş olmayacaq?

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır.

Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günləri ilə əvəz ediləcək. Nəticədə ölkədə 29 dekabrdan 5 yanvar 2026-cı ilədək bayram tətili yaranacaq.

Lakin Nazirlər Kabineti mediada yayılan xəbərlərə rəsmi açıqlama verərək bildirdi ki, hələlik belə bir qərar qəbul edilməyib. Rəsmi qərarın verilməsi üçün yekun razılıq gözlənilir.

Qeyd edək ki, əvvəlki illərdə bəzi bayram günlərinin daha əlverişli şəkildə tənzimlənməsi məqsədilə iş və istirahət günlərinin yerdəyişməsi halları müşahidə olunub. Lakin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əvvəllər belə bir yerdəyişmə edilməyib. Məsələn, 2024-cü ilin dekabr-yanvar dövründə 30 dekabr və 3 yanvar iş günü kimi saxlanılıb və qeyri-iş günləri yalnız 30 dekabr, 1 və 2 yanvar tarixləri üçün elan olunub.

Bir sözlə, əvvəlki illərin təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1–4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı – 5 gün olacaq.

İstənilən halda bu məsələnin cavabı Nazirlər Kabinetinin rəsmi qərarından asılı olacaq.

Son xəbərlər

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Bütün xəbərlər