gundem / Cəmiyyət
20.10.2023, 12:30
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
"dogruxeber.tv" xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü, 11-i və 12-i isə həftəsonu olduğu üçün, 5 gün ardıcıl qeyri-iş günü olacaq.



