gundem / Cəmiyyət
11.12.2025, 15:30
Hövsan Ticarət Dəniz Limanının rəisi HƏBS OLUNDU
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.
"DogruXeber.tv" xəbər verir ki, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.
İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. (Qafqazinfo.az)



