Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində büdcə talanı -Baş prokurorluq və Maliyyə Nazirliyinə MÜRACİƏT

GDRTİ-də Milyonluq Büdcə Talanı İddiası: “Qara Kassa”, Saxta Ştatlar və “Geri Ödəniş” Mexanizmi

DogruXeber.tv: - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (GDRTİ) baş verdiyi iddia edilən genişmiqyaslı korrupsiya və maliyyə yeyintiləri ilə bağlı şok faktlar üzə çıxıb. Yerli.media tərəfindən ifşa edilən məlumatlar, regionun təhsil sistemində dövlət vəsaitlərinin sistemli şəkildə mənimsənildiyini ortaya qoyur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (GDRTİ) maliyyə intizamının tamamilə pozulduğu, büdcə vəsaitlərinin təyinatı kənar xərcləndiyi və süni borcların yaradıldığı iddia olunur. Belə ki, idarənin maliyyə üzrə müavini Rövşən Kərimov və baş mühasib Gülnar Hadıyevanın rəhbərliyi ilə 2022-2025-ci illər ərzində məktəb və bağçaların vəsaitləri qanunsuz olaraq aparatın xərcləri kimi silinib. Məlumatlara görə, hər ilin sonunda yaranan büdcə kəsirləri balansda gizlədilərək növbəti ilin vəsaiti hesabına bağlanıb ki, bu da dövlət maliyyə siyasətinə zidd olaraq milyonlarla manatlıq qanunsuz dövriyyə deməkdir.

“Fanerlə Bölünən Siniflər” və Saxta Ştatlar

Korrupsiya şəbəkəsinin ən diqqətçəkən məqamı süni ştatların yaradılmasıdır. İddia olunur ki, Gəncə, Göy-göl, Goranboy və Samux rayonlarında sinif otaqları fiziki olaraq fanerlərlə bölünərək saxta sinif komplektləri yaradılıb. Bu yolla qanunsuz xadimə, laborant və dalandar ştatları açılaraq onlara dövlət büdcəsindən əməkhaqqı ödənilib. Eyni zamanda, texniki heyətin 1.5 ştat vahidi ilə çalışdırılması adı altında artıq vəsaitlərin mənimsənildiyi, rəhbərliyin yaxın qohumlarına isə diaqnostik balları nəzərə alınmadan şişirdilmiş dərs saatları verildiyi bildirilir.

“Geri Ödəniş” (Kickback) və MMC Fırıldaqları

Maliyyə yeyintilərinin satınalma sahəsində də tətbiq edildiyi vurğulanır. Məsələn, Samux rayonunda tullantıların daşınması üçün müqavilə məbləğinin süni şəkildə 4000 manatdan 29,800 manata qaldırıldığı və bu məbləğin 30 faizinin “nağd şəkildə rəhbərliyə qaytarıldığı” qeyd olunur. Oxşar mexanizmin dəftərxana və avadanlıq alışı zamanı Gülnar Hadıyevanın qohumlarına məxsus MMC-lər vasitəsilə həyata keçirildiyi, dövlət vəsaitlərinin xəyali mallar qarşılığında nağdlaşdırıldığı bildirilir.

“Qara Kassa” İddialara görə, regionun “qara kassası” hesab edilən Gülnar Hadıyevanın dövlət qulluğu sertifikatının müddəti 2023-cü ildə bitsə də, o, qanunsuz olaraq vəzifədə saxlanılır və büdcədən yüksək maaş, habelə 250 faizədək mükafatlar alır. Məktəb bufetləri və imtahanlardan yığılan vəsaitlərin kommunal xərclərə ödənilməsi əvəzinə, “şəxsi kofisentlərlə” mükafat kimi paylanılması büdcə talanının digər istiqamətidir.

Sənədlər Möhürlənmir, Şikayətçilər Hədələnir

Faktların araşdırılmasından yayınmaq üçün bir çox maliyyə sənədlərinin qəsdən imzalanmadığı və möhürlənmədiyi, qanunsuzluğa etiraz edən işçilərin isə “biz özümüz qanunuq” deyən rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığı bildirilir.

Bağçalara inventar yazılsada, rəsmi sənədin adı var, özü reallaşmır, heç bir inventar bağçalara verilmir.

Hazırda şikayətçi bu faktların Respublika Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən yerində araşdırılmasını, mənimsənilən dövlət vəsaitlərinin büdcəyə qaytarılmasını tələb edir.

Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsin müdiri Kərimov Elçin Vaqif oğludur...

Qarşı tərəfin cavab haqqını tanıyırıq.//Yenixeber.org

Oxunub: 342

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər