Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

DogruXeber.tv: - Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "VNM İnvest" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3.850.275,01 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnvest" MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.

"VNM İnvest" MMC-nin hüquqi ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı "VNM İnşaat" MMC-dir. Şirkət "VNM İnvest" MMC ilə eyni tarixdə qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. Maraqlıdır ki, Vüqar Nağıyev "VNM İnvest" MMC-nin də qanuni təmsilçisi olub. Bu faktlar hər iki şirkətin eyni adama məxsus olduğuna dair şübhələri artırır.

Mediada gedən məlumatlardan aydın olur ki, bu şirkətlər satınalma müsabiqələrində fəal iştirak edir. Ehtimal olunur ki, "VNM İnşaat" MMC və "VNM İnvest" MMC elə bu məqsədlə yaradılıb.

Bəzi iddialara görə şirkət Vüqar Nağıyevin özünə məxsusdur. Şirkətin adındakı "VNM" onun adı, soyadı və atasının adının baş hərfləridir. Vüqar Nağıyev haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.(Qaynarinfo)

Son xəbərlər

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Bütün xəbərlər