Qoşqar Təhməzliyə yaxın daha bir şirkətə 3,1 milyonluq sifariş

Sosial Xidmətlər Agentliyi “Hünər-İnşaat” Firması ilə satınalma müqaviləsi imzalayıb.

"DogruXeber.tv"nin Qaynarinfo-ya istinad məlumatına görə, müqavilədə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 3 186 650 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Hünər-İnşaat” MMC 12 dekabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 7A, mənzil 136, məhəllə 1911-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə “Hünər-İnşaat” MMC haqqında heç bir məlumat yoxdur.
Yunis Nəbiyevə gəlincə, araşdırmalarımız zamanı məlum olub ki, o, 2024-cü ilədək “6-cı mərtəbə” Müstəqil Şirkətinin rəhbəri vəzifəsində çalışıb. Hazırda şirkətin rəhbəri Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzlinin qardaşıdır.

Mediada gedən məlumatlardan aydın olur ki, “Hünər-İnşaat” MMC də Qoşqar Təhməzliyə yaxın şirkətdir. “Hünər-İnşaat” MMC-nin Qoşqar Təhməzlinin təsisçisi olduğu “Medeks” MMC ilə eyni hüquqi ünvanda yerləşməsi bu iddiaların əsasız olmadığına şübhələri artırır.

Yeri gəlmişkən, bir neçə gün əvvəl “Medeks” MMC İnnovasiya və Təchizat Mərkəzinin tibbi sərf mallarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 865 346,51 manatdır.

Son xəbərlər

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

Bütün xəbərlər