İKZF-nin 68 milyonluq mənzil aldığı “Maksimus” MKT kimindir?

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.

"DogruXeber.tv"nin Qaynarinfo-ya istinad məlumatına görə, tenderin qalibi “Maksimus” şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 703 095,9 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Maksimus” Mənzil-Tikinti Kooperativi (MKT) 8 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı şirkətin Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunda yerləşən MKT-nin qanuni təmsilçisi Gülməmmədov Qoşqar Əşrəf oğludur.

“Maksimus” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2025-cü ildə isə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib və şirkət MKT-yə çevrilib.

Açıq mənbələrdə “Maksimus” MKT haqqında heç bir məlumat yoxdur. MKT-nin qanuni təmsilçisi Qoşqar Gülməmmədov barəsində də hər hansı məlumata rast gəlinmir.

Yeri gəlmişkən, Qoşqar Gülməmmədovdan əvvəl şirkətə onun qardaşı Muxtar Gülməmmədov rəhbərlik edib.

Muxtar Gülməmmədov 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirmişdi ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

“Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”, deyə o vurğulamışdı.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, İKZF cari ilin əvvəlində “Maksimus” MKT ilə 17 804 626,9 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə qurumun yeni inzibati binasında təmir-bərpa işləri ilə əlaqədar olub.

İKZF-nin İdarə Heyətinin sədri Fəxri Kazımovdur. O, keçmiş deputat, Sosial Rifah Partiyasının qurucusu olmuş mərhum Xanhüseyn Kazımlının oğludur.

Son xəbərlər

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Bütün xəbərlər