İcra Hakimiyyətinin 7 milyonluq tender verdiyi şirkət kimindir?

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Az-Tex-İmport" şirkətindən 6 930 000 manatlıq xüsusi təyinatlı texnika və konteynerlər alacaq.

"dogruxeber.tv"ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkət icra hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

"Az-Tex-İmport" şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 2020-ci ilə qədər 10 manat təşkil edib.

Həmin il nizamnamə kapitalı 22600 manat artılaraq 22 610 manat çatdırılıb, lakin bir neçə ay sonra bu məbləğ yenidən 10 manata düşüb.

2022-ci ildə isə şirkət yenidən nizamnamə kapitalını artıraraq 22 610 manata çatdırıb.

Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşir.

Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur.

Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib.

"Az-Tex-İmport" MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı məlum olub ki, Samir İbadullayev həm də "Arletta" MMC-nin qanuni təmsilçisidir.

Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Az-Tex-İmport" şirkəti dövlət satınalmalarında fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrin qalibi seçilir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər