Qrenlandiya ilə bağlı razılığa gəldilər
ABŞ Prezidenti Donald Tramp Davosda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika bölgəsinin gələcəyi ilə bağlı razılaşma üçün çərçivə yaradıldığını açıqlayıb.

Tramp bildirib ki, bu razılaşma çərçivəsində 1 fevralda qüvvəyə minməsi planlaşdırılan gömrük tarifləri tətbiq edilməyəcək.

“Qrenlandiyanın və əslində, bütün Arktika bölgəsinin gələcəyi ilə bağlı bir razılaşmanın çərçivəsini formalaşdırmışıq. Bu mexanizm həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün son dərəcə müsbət nəticələr doğuracaq. Bu razılaşmanın bir hissəsi olaraq 1 fevralda qüvvəyə minməsi nəzərdə tutulan gömrük tariflərini tətbiq etməyəcəyəm”, – o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində görüş keçiriblər. Tramp görüşdən əvvəl verdiyi açıqlamada Qrenlandiya məsələsinin də gündəmdə olacağını bildirib.

Görüşdən sonra Tramp sosial media hesabında paylaşım edərək, Qrenlandiyanın gələcəyinə dair mühüm bir razılaşma çərçivəsi üzrə razılıq əldə edildiyini təsdiqləyib.

Tramp ABŞ-nin milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan “Qızıl Günbəz” müdafiə sistemi ilə bağlı əlavə müzakirələrin davam etdiyini də açıqlayıb. Onun sözlərinə görə, danışıqlara vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio, ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uiitkoff və zərurət olduqda digər rəsmi şəxslər rəhbərlik edəcək. Bütün proses barədə birbaşa prezidentə hesabat veriləcək.

Xatırladaq ki, Tramp daha əvvəl Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-yə idxal olunan məhsullara 2026-cı ilin fevralından etibarən 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, bu göstəricinin isə 1 iyun 2026-cı ildə 25 faizə qaldırılacağını açıqlamışdı. Yeni açıqlamaya əsasən, sözügedən tariflər razılaşma çərçivəsində qüvvəyə minməyəcək.

Son xəbərlər

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Bütün xəbərlər