1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...

DogruXeber.tv: - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevlə bağlı yayılan iddialar ətrafında müzakirələr səngimir. Belə ki, bir müddət əvvəl Anar Rzayevin “Akkord” şirkətinin sabiq rəhbəri, hazırda ABŞ-da yaşayan, dövlətə qarşı sərt mövqedə dayanan İlqar Hacıyevin Badamdardakı villasını 1,2 milyona aldığı bildirilirdi. İndi isə 19 min 500 manat maaş aldığı iddiası ilə gündəmə gəlib.

Lakin nə AYNA, nə də Anar Rzayev bu məsələlərlə bağlı açıqlama verir. Qurumun ictimaiyyətlə əlaqələr departamenti də medianın sorğularını cavabsız qoyur.

Bu, vəzifəli şəxsin ictimai rəyə və mətbuata qarşı hörmətsizliyi, eləcə də mövcud qanunları ayaqlamasıdırmı?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət deyib ki, istənilən vəzifəli şəxs barəsində yayılan informasiyaya vaxtında aydınlıq gətirməli və mövqe bildirməlidir:

“Bunun üçün jurnalist sorğusunu gözləməyə də ehtiyac yoxdur. Ümumiyyətlə, vəzifəli şəxslərin fəaliyyəti elə qurulmalıdır ki, bütün məlumatlar açıq və əlçatan olsun, iş prosesi tam şəffaf aparılsın. Əgər hansısa vəzifəli şəxs barəsində məlumat yayılır, jurnalistlər aydınlıq gətirmək üçün müraciət edir, lakin həmin şəxs bu sorğulardan yayınırsa, bu, artıq ciddi şübhələr yaradır. Obrazlı desək, bu halda “torbada pişik” olduğu təəssüratı formalaşır”.

Azər Həsrət bu cür vəzifəli şəxsləri media qarşısına çıxıb hesabat verməyə dəvət edib:

“Hesab edirəm ki, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi açıqlıq və kommunikasiya nümunə olmalıdır. Ölkə başçısından örnək alıb, AYNA sədri və onun kimi digər məmurlar da mediadan qaçmamalı, cəmiyyət qarşısında açıq və hesabatlı olmalıdırlar”.

Son xəbərlər

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Bütün xəbərlər